Ali məktəb

Azərbaycan Texniki Universitetinin rektoru Vətən müharibəsində iştirak edən tələbə ilə görüşüb

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev Vətən müharibəsində iştirak edən tələbə İlkin Fərzəliyevlə görüşüb.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Rektor bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən hər bir azərbaycanlı qürur duyur. Vilayət Vəliyev İlkin Fərzəliyevin işğaldan azad olunmuş Suqovuşanda bayraq qaldırması videosunu fəxrlə izlədiyini deyib. Rektor universitetin Vətən müharibəsində iştirak edən hər bir tələbə və məzunu ilə qürur duyduğunu da diqqətə çatdırıb.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close