Ali məktəb

Azərbaycan İlahiyyat İnstitutunda onlayn müsabiqə: “Vətənimin şairləri – şairlər Vətəni”

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Vətənimin şairləri – şairlər Vətəni” mövzusunda onlayn müsabiqə keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov bu səpkili müsabiqələrin tələbələrin elmə, maarifləndirici yarışmalara maraqlarının, həmçinin ümumi bilik və dünyagörüşlərinin artırılması, vətənpərvərlik duyğularının yüksəldilməsi, onların öz biliklərini daha çevik şəkildə ifadə etmək baxımından xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Üç turdan ibarət müsabiqədə ümumilikdə 45 sual səsləndirilib. Suallar “Azərbaycan ədəbiyyatı antologiyası (nəzm)” kitabında olan şeir nümunələrini əhatə edib. Antologiya əvvəlcədən tələbələrə təqdim olunub və suallar sözügedən ədəbiyyatda yer alan şeir nümunələrinə uyğun hazırlanıb. Müsabiqənin sonunda turlar üzrə qazanılmış ümumi xallar əsasında qaliblər müəyyən edilib, mükafatlandırılıb və onlara diplomlar təqdim olunub.

“Zoom” proqramı vasitəsilə onlayn formada təşkil olunan müsabiqədə Aİİ-nin tələbələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunda pandemiya dövründə də tələbələrin dünyagörüşlərinin artırılması, mütaliə vərdişlərinin və nitq qabiliyyətlərinin formalaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close