Ali məktəb

Azərbaycan İlahiyyat İnstitutunda onlayn ingilis dili kurslarına başlanıb

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) onlayn formada ingilis dili kurslarına start verilib.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən təşkil olunan ingilis dili kurslarında tələbələr pulsuz iştirak edirlər. Kursların təşkilində məqsəd tələbələrin həm akademik, həm də şəxsi inkişafına töhfə verməkdir. Layihə çərçivəsində tələbələrin ingilis dili üzrə 4 dil bacarığının artırılması istiqamətində dərslər keçirilir.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunda tələbələrin sahib olacaqları ixtisası daha dərindən bilmək, onun sirlərinə yiyələnmək üçün bir neçə ay əvvəl onlayn İslam əqaidi üzrə ərəbcə klassik dini mətnləri oxuma kursu fəaliyyətə başlayıb. Eyni zamanda, pandemiya dövründə tələbələr üçün motivasiya xarakterli təlimlərin, yarış və müsabiqələrin, həmçinin ixtisasyönümlü onlayn kursların təşkili nəzərdə tutulub.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close