Ali məktəb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimai Etimad Şurası onlayn imtahan prosesini izləyib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimai Etimad Şurası onlayn imtahan prosesini izləyib.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, şura üzvləri Aydın Mirzəzadə, Hikmət Babaoğlu, Nərminə Əliyeva, Məzahir Babayev, Bəhruz Nəzərov onlayn imtahan keçirilən auditoriyaları gəzib müəllim və tələbələrin imtahana hazırlığı, həmçinin onlayn imtahan prosesi üçün yaradılan şəraitlə tanış olublar.

İctimai Etimad Şurasının üzvləri olan Milli Məclisin deputatları A.Mirzəzadə və H.Babaoğlu ADNSU-da onlayn imtahanların gedişini izlədikdən sonra fikirlərini bölüşüblər. Onlar onlayn imtahan üçün yaradılan şəraiti, nəzarət prosesini, müəllim və tələbələrin hazırlığını yüksək qiymətləndiriblər. Həmçinin müəllimlər imtahanların gedişindən və tələbələrin hazırlığından razı qaldıqlarını, imtahan zamanı hər hansı problem yaranmadığını bildiriblər.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə görüşdə ali təhsil ocağında onlayn imtahanların keçirilməsi üçün görülən işlər barədə İctimai Etimad Şurasının üzvlərinə məlumat verilib.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close