Ali məktəb

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “YAŞAT” Fonduna 50 min manat vəsait köçürüb

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna 50 min manat vəsait köçürüb.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, cəmiyyətdə cərəyan edən ictimai-sosial proseslərə həssas yanaşması ilə seçilən ADNSU bundan öncə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 80 min manat, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna isə əməkdaşların könüllü olaraq fərdi qaydada etdikləri ianələr də daxil olmaq ümumilikdə 200 min manatdan artıq vəsait köçürüb.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close