Ali məktəb

Ankara Musiqi və İncəsənət Universitetində Azərbaycanı dəstəkləyən bədii proqram təşkil edilib – FOTO

Ankara Musiqi və İncəsənət Universitetində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini qınamaq, eləcə də müzəffər ordumuza dəstək məqsədilə bədii proqram təşkil olunub.

AzEdu.az  xəbər verir ki, universitetin əsas korpusunda Azərbaycan və Türkiyənin, eləcə də bu təhsil ocağının bayraqları asılıb.

“Bir millət, iki dövlət, tək ürək!” devizi ilə keçirilən tədbirdə diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, Ankara Musiqi və İncəsənət Universitetinin professor, müəllim və tələbə heyəti iştirak edib.

Əvvəlcə mərasimdə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Bədii proqramda Xalq artisti Azərin və Ankara Musiqi və İncəsənət Universitetinin sənətçiləri çıxış ediblər.

Tədbir keçirilən salonda universitetin rəssamları Azərbaycanın və Türkiyənin bayraqlarını kətan üzərində yağlı boya ilə çəkərək onları birləşdiriblər.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Ankara Musiqi və İncəsənət Universitetinin rektoru, professor Erol Parlak iki ölkənin qardaşlığından danışıb, göstərilən həmrəyliyin həm birliyimizi nümayiş etdirdiyini, həm də işğal altındakı torpaqlarımızı rəşadətlə düşməndən azad edən ordumuza mənəvi dəstək olduğunu vurğulayıblar.

Diqqətə çatdırılıb ki, Ermənistan dünyanın gözü qarşısında bölgədə sülhü pozur, Azərbaycanın mülki əhalisini hədəfə alaraq müharibə cinayətləri törədir. Azərbaycanın Silahlı Qüvvələri beynəlxalq hüquqa əsaslanaraq torpaqlarımızı işğaldan azad edir. Qarabağ Azərbaycandır! (Azərtac)

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close