Ali məktəb

ADU və Dokuz Eylül Universitetinin əməkdaşlığına həsr olunan vebinar keçiriləcək

Azərbaycan Dillər Universiteti (ADU) və Dokuz Eylül Universitetinin əməkdaşlığına həsr olunan “Xarici dilin tədrisi” mövzusunda onlayn vebinar keçiriləcək.

ADU-dan AZƏRTAC-a bildirilib ki, “Zoom” proqramı vasitəsilə keçiriləcək vebinarda iştirak etmək istəyən əməkdaşlar nergizadu.1989@gmail.com electron poçt ünvanına link üçün müraciət edə bilərlər.

Qeyd edək ki, 2019-cu ildə ADU ilə Dokuz Eylül Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb. Protokolda universitetlərarası əməkdaşlığın inkişaf etdirilməsi, tələbə və akademik heyət arasında mübadilə proqramlarının tətbiq olunması, elmi-tədqiqat layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlıq imkanlarının araşdırılması, tərəflər arasında qarşılıqlı bilik və təcrübə mübadiləsinin inkişaf etdirilməsi məqsədilə vebinarların keçirilməsi nəzərdə tutulub.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close