Ali məktəb

ADU-da dəyirmi masa: Şuşa Azərbaycan mədəniyyətinin incisidir

Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi “Şuşa – Azərbaycan mədəniyyətinin incisi” adlı dəyirmi masa keçirib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva Novruz bayramı ərəfəsində hər çərşənbə günü bir tədbir keçirilməsinin planlaşdırıldığını deyib. Qeyd edilib ki, Novruz bayramının ilk çərşənbəsi Şuşanın tarixi və mədəniyyətinə həsr olunub.

Regionşünaslıq kafedrasının müəllimləri – dosent Bəhmən Əliyev Şuşa qalası, məhəllələr, evlər, qala qapıları, Kəmalə Qurbanlı Şuşada yayılmış sənətkarlıq nümunələri, Rəna Rəcəbli şəhərdə mollaxana, mədrəsə, musiqi məktəblərinin açılması və fəaliyyəti, Günay Feyziyeva Şuşanın memarlıq abidələrinin quruluşu, bəzəkləri, spesifik xüsusiyyətləri, Aygün Solanzadə isə muzeyləri haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Professor Niyazi Mehdi çıxışları təhlil edərək Şuşa fenomeni haqqında fikirlərini bildirib.

Tədbirdə Şuşanın məktəbləri, memarlıq abidələri və muzeyləri haqqında maraqlı təqdimatlar və videoyazılar da nümayiş etdirilib.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close