Ali məktəb

ADPU-da “Könüllülər ili”nin yekunu ilə əlaqədar tələbələrlə görüş

Dekabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi ilə 2020-ci il ərzində universitetin ictimai həyatında xüsusilə fərqlənən tələbələrin “Könüllülər ili”nin yekunu ilə əlaqədar onlayn görüşü keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, “Microsoft Teams” platforması üzərindən keçirilən görüşdə sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, strateji inkişaf üzrə rektor müşaviri Ümid Mehdiyev və 300-ə yaxın fəal tələbə iştirak edib.

Universitetin rəhbərliyi tələbələrin 2020-ci ildəki mürəkkəb situasiyada tədris və ictimai fəaliyyətini dəyərləndirib, problemlər dinlənilib və həll yolları müzakirə edilib.

Görüşdə pandemiya və Vətən müharibəsi dövründə ADPU-nun ictimai təşkilatlarının fəaliyyəti xüsusi qeyd olunub, distant tədrisin təşkili və qarşıdakı imtahan sessiyası ilə bağlı tələbələrə tövsiyələr verilib, onların sualları cavablandırılıb.

Sonda ictimai işlərdə xüsusi fərqlənən tələbələrin onlayn mükafatlandırılması keçirilib.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close