Ali məktəb

ADNSU ən müasir texniki imkanlara malik şirkətlərlə əməkdaşlığa üstünlük verir – FOTO

Noyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Canon şirkətinin Zaqafqaziyada partniyoru, DiVi şirkətinin direktoru Emin Quliyevlə görüşüb. ADNSU-da keçirilən görüşdə həmçinin, universitetin Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, Canonun Azərbaycan üzrə  marketinq mütəxəssisi Gülşən Hacıyeva və DiVi şirkətinin əməkdaşı Samir Hacıyev iştirak ediblər.

Universitetdən AzEdu.az-a verilən məlumata görə, tədbirdə Canon şirkətinin rəsmi distribütoru olan DiVi şirkəti ilə ADNSU-nun əməkdaşlıq əlaqələrindən bəhs olunub. ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin müxtəlif sahələrdə bir neçə şirkətlə, o cümlədən DiVi şirkəti ilə əməkdaşlıq etdiyini, bu əməkdaşlıq əlaqələrində universitetin maraqlarının nəzərə alındığını diqqətə çardırıb. Bildirib ki, bu gün ADNSU dünyada İT sahəsindəki yenilikləri xüsusi olaraq diqqətdə saxlayır, burada uğurlu tədrisin və elmi naliyyətlərin əldə olunmasında müasir texnologiyanın tətbiqinə geniş yer verilir. ADNSU-nun son illər qazandığı uğurların sırasında İT sahəsində əldə etdiyi naiyyətlərin də olduğunu qeyd edən professor Mustafa Babanlı universitetin müasir texnoloji avadanlıqlar istehsal edən qabaqcıl şirkətlərlə əməkdaşlıq etməsində maraqlı olduğunu deyib. O, əlavə edib ki, bu gün ADNSU-nun univeristet olaraq hədəfi həm də müasir tələblərə cavab verən elmi-tədqiqat müəssisəsi olmasıdır. Bunun üçün də universitetin uğurlu fəaliyyətində ən müasir texniki imkanlardan geniş istifadə mütləqdir.

DiVi şirkətinin direktoru Emin Quliyev son illər ADNSU-nun qazandığı uğurlardan xəbərdar olduqlarını qeyd edib. Bildirib ki, bir şirkət olaraq bu gün yeni-yeni texnoloji avadanlıqların istehsalı zamanı müasir tələbatı qabaqlamağa çalışırıq.  Ona görə də bizə üstünlük verən çoxşaxəli təşkilatlar, müxtəlif təyinatlı müəssisələr var. O bildirib ki, bu gün ADNSU kimi flaqman bir universitetin də onları seçməsinə önəm verirlər və qarşılıqlı əməkdaşlıqda maraqlıdırlar. Şirkət rəhbəri bu universitetlə əmkdaşlıq əlaqələrinin bundan sonra daha da genişlənəcəyini deyib. Görüşün sonunda DiVi şirkəti tərəfindən “Canon” markalı ən müasir texniki imkanlara malik printer universitetə hədiyyə olunub.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close