Ali məktəb

ADA Universitetinin tələbələri “Nobel Oil” şirkətlər qrupunda ödənişli təcrübə proqramı keçiblər

“Nobel Oil” şirkətlər qrupunda ödənişli təcrübə proqramında iştirak edən ADA Universitetinin tələbələri proqramı uğurla tamamlayıblar.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, “Nobel Oil” Şirkətlər Qrupunun Baş icraçı direktoru Vüqar Səmədli proqramı başa vuran tələbələrə sertifikatlarını təqdim edib, peşəkar tövsiyələrini onlarla bölüşüb.

Qeyd edək ki, “Nobel Oil”da ödənişli təcrübə imkanı bu ilin may ayında keçirilən virtual görüş zamanı Vüqar Səmədli tərəfindən ADA Universitetinin ən fəal altı tələbəsinə təqdim edilib.

Maliyyə şöbəsində təcrübə keçən tələbə Arzu Heydərova bildirib: “Şirkətin xüsusilə pandemiya dövründə tələbələri ödənişli təcrübə imkanı ilə təmin etməsi tələbələrin rəqabətli iş mühitində praktiki bacarıqlar qazanmasına fayda verib”.

ADA Universitetinin digər tələbələri Ceyran Cəfərova İctimaiyyətlə əlaqələr, Ayan Quluzadə İnsan resursları şöbələrində təcrübə keçərək, insan resurslarının idarə edilməsi və ictimaiyyətlə əlaqələrin və media kontentin inkişaf etdirilməsi ilə bağlı bacarıqlar əldə ediblər.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close