Ali məktəb

ADA Universitetinin 15 illik yubileyi ilə bağlı film çəkilib

Bu günlərdə ADA Universiteti 15 illik yubileyini qeyd edib.

Yubiley münasibətilə ADA Universitetinin Fondu tərəfindən sənədli film çəkilərək ictimaiyyətə təqdim edilib.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, filmdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci ildə ADA-nın kampusunun açılışında söylədiyi çıxışı əksini tapıb. ADA-nın 15 illik tarixindən bəhs edən filmdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ötən il universitetin iki yeni korpusunun açılışındakı iştirakını əks etdirən kadrlar da yer alıb.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və təhsil naziri Emin Əmrullayevin təbrik mesajları da film vasitəsilə izləyicilərin nəzərinə çatdırılıb.

Filmdə qeyd edilib ki, Prezident İlham Əliyevin 2014-cü il 13 yanvar tarixli Sərəncamı ilə universitet statusu alan ADA, 15 il bundan öncə, 2006-cı ilin martında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası kimi təsis edilib. Filmdə də məhz elə bununla bağlı məqamlara – ADA-nın akademiyadan universitetə qədər olan inkişaf yoluna nəzər salınıb.

Sonda ADA Universitetinin rektoru Hafiz Paşayev universitetlə bağlı arzularını bölüşüb. Filmin sonunda rektor Hafiz Paşayev ADA Universitetini ölkəmizin adını yüksəklərə qaldıran dünya səviyyəli təhsil qurumu kimi görmək istədiyini bildirib.

Filmi ADA Universitetinin “YouTube” kanalında (https://bit.ly/3bqHuNb) izləmək mümkündür.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close