Ali məktəb

Ədalət Muradov UNEC kollektivini Novruz bayramı münasibəti ilə təbrik edib

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, əziz bayram günlərində hamınıza bahar əhval-ruhiyyəsi, cansağlığı və yeni-yeni uğurlar arzulayıram.

Qədim dövrlərdən bəri milli-mədəni dəyərlərimizin yadigarı olan Novruz bayramı birliyimizin və həmrəyliyimizin simvoluna çevrilmişdir. Qoy həmrəyliyimizin rəmzi olan bu el bayramı öz Zəfər təravəti ilə Vətənin bütün diyarlarına bol ruzi-bərəkət, hər birinizin ailəsinə sevinc və firavanlıq gətirsin.

Sizləri bir daha səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömur və xoşbəxt günlər arzulayıram.

Bayramınız mübarək olsun!

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close