Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər seçmə turlarda iştirak etməlidirlər

Ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün ilk növbədə ümumi qaydada elektron ərizə formasını doldurmalı, onu təsdiq etdirməli və seçdikləri ixtisasa müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) mayın 31-dək TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək seçmə turda iştirak etməli və müvəffəqiyyət qazandıqları təqdirdə qeydiyyatdan keçməlidirlər.

Seçmə tur Təsviri sənət, Musiqi sənəti, Memarlıq və dizayn, Teatr, kino və xoreoqrafiya sənətləri, Bədən tərbiyəsi və idman istiqamətləri üzrə keçirilir.

QİK-lər ali təhsil müəssisələri üzrə Bakı, Naxçıvan və Gəncə şəhərlərində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki şəhərlərində və Ağdam rayonu Quzanlı qəsəbəsində fəaliyyət göstərir. Bakı şəhərində 6 (ADRA, BMA, AMK nəzdində Musiqi Kolleci, AMİU-nun nəzdində Texniki Lisey, ADMİU-nun “Səda” Tədris Teatrı, ADBTİA), regionlar üzrə isə 6 (Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Şəki Musiqi Kolleci, Lənkəran Dövlət Humanitar Kolleci, Ağdam Musiqi Kolleci) tədris müəssisəsində Qabiliyyət İmtahanı Komissiyası təşkil olunmuşdur.

Bundan əlavə Teatr, kino və xoreoqrafiya sənətləri istiqaməti üzrə Gəncə şəhərində Gəncə Dövlət Dram Teatrında, Naxçıvan şəhərində Naxçıvan Dövlət Musiqili Dram Teatrında, Şəki şəhərində Şəki Dövlət Dram Teatrında və Lənkəran şəhərində Lənkəran Dövlət Dram Teatrında Seçmə tur keçiriləcəkdir. Hər bir istiqamət üzrə Seçmə turun cədvəli TQDK-nın internet səhifəsində yerləşdirilmişdir.

Qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, tapşırıq nümunələri və metodiki tövsiyələr bu il “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Təsviri sənət”, “Musiqi sənəti”, “Memarlıq və dizayn”, “Teatr, kino və xoreoqrafiya sənəti”, “Bədən tərbiyəsi və idman” adlı vəsaitlərdə çap olunmuşdur. Həmçinin “aktyor sənəti” və “rejissorluq” ixtisasları üzrə TQDK-nın saytında (www.tqdk.gov.az Qabiliyyət imtahanları linki) audio material yerləşdirilmişdir.

Telebe.az

  • na aana is des laado

    qabiliyyet imtahani vermeye komek ucun videonu nece elde etmek olar

  • ELSEN

    2014 ilde milli kanservatoriyaya senedlerin qebulu ne vaxt baslayacaq..??..bu il bizler imtahan mayin 12 de olacaq deyirler …

  • NURANE

    BAKI HUMANITAR KOLLECINDE QABILIYYET IMTAHANLARI NE VAXT OLACAQ? XAIS EDIREM SUALIMA CAVAB YAZIN.

  • SHIRIN PERI

    QABILIYYET IMTAHANLARI NE VAXT OLACAQ XAIS SUALIMA CAVAB YAZIN.

  • Nicat

    Qabilyet imtahini hacana geder vermey olar ?

  • http://mail.ru yusif

    dizayn ucun qabiliyyet imahanindan teleb olunan qabilyyet imtahanin qeydiyyatin vereqi ni nece elde etmek olar???

  • http://facebook.com rauf

    qabillyet imtahanlarina hansi senetler verilir?????

  • Rustam

    tqdk-nin saytinda hec ne yoxdu !!!

  • http://facebook suleyman

    bilmek isteyirem resamliq akademyasina qebul hacandi ve qaydalar neden ibaretdir????

  • http://telebe.az lale

    naxcivan tibb kollecine kecid bali necedir ve hansi fenlerden suallar verilir?

  • http://facebook.com arzu

    salam.men oyrenmek isdiyirem ki, musiqi texnikumunda qabiliyyet imtahani hacan olacaq?

  • http://facebook.com resad

    men artiq bildim oyrenmek isteyen bu sayita daxil olsun http://www.tqdk.gov.az orada tapa bilessiz

  • http://facebook.com resad

    men bilmek isterdimki qabiliyyet imtahanlari ne vaxt kecirilecek xahis edirem sualima cavab verin

  • xeqani

    salam.musiqi kollecine qabiliyyet ne zaman olacaq?

  • Ariz Rehimli

    Bilmek istiyirem ki, rejissorlug kecid bali necedir 150 esitmisem qebuliyyet imtahani ile birge duzdu ? xahis edire cavablandirn ))

  • http://tqdk gulsum

    salam.men bilmek isteyirdimki test imtahanindan 166 bal yigan ve qabiliyyet imtahaninnan 8,9,10 qiymetlerini alan shexs pullu ve ya pulsuz tehsil huququ qazanir?Abituriyent jurnalinin 3cu hissesinde gosterilirki dovlet sifarishli yerlerin sayi 100dur.

  • jale

    salam..bilmek isterdimki musuqi kolleclerine qabiliyyet imtahani ne zaman olcaq