Xarici dil öyrənmənin qızıl qaydaları

Artıq hər kəs iş tapmaq və ya işini itirməmək üçün xarici dil bilməyin nə qədər vacib olduğunu bilir. Bəlkə də elə bu səbəbdəndir ki, bu gün dünyada ingilis dilini ikinci dil kimi qəbul edənlərin sayı ana dilində təmiz danışanların sayından çoxdur. Belə ki, elmi dilin yüzdə 70-i, informasiya dilinin 80-i, internet dilinin 90-ı ingilis dilində aparılır. Bununla belə, alimlər xarici dildə danışmaq üçün qrammatik qaydaların əzbərlənməsini heç də vacib saymırlar. İstədiyiniz xarici dildə ən azından həmsöhbətinizə fikirlərinizi çatdıracaq qədər bilmək üçün bir neçə məsləhətimiz var.

Unutmayın xarici dil öyrənmək məqsəd deyil, sadəcə məqsədinizə çatmaq üçün bir vasitədir.

Ən vacib şərt qərar verməkdir. Öyrənməyə bir sözlə də başlamaq olar.

Danışarkən dildəki xırdalıqları unutmayın.

Nə demək istədiyinizi dəfələrlə özünüzə təkrar edin. Cümlələr qurun.

Soruşmaqdan və səhv etməkdən utanmayın.

Dil öyrənməyi əyləncəli hala çevirin. Bunun üçün xarici dildə olan qəzet və ya jurnala abunə olun.

Dildəki ləhcə problemini aradan qaldırmaq üçün başa düşməsəniz belə, xarici dildə qəzet, jurnal oxuyun.

İzlədiyiniz xarici filmi başa düşməyə və ondan maksimum dərəcədə yararlanmağa çalışın.

Öyrənmək istədiyiniz dildə günlük yazmağa, oxuduğunuz kitab və ya film haqqında fikirlərinizi yazmağa çalışın.

Dostlarınızla xarici dildə danışmağa çalışın.

Ətrafınızda çoxlu xaricilər olan məkanlara gedin, imkan varsa, xarici kanallara baxın (xüsusən seriallara).

Xarici mahnılara qulaq asmağı unutmayın, çalışın lüğətdən az istifadə edəsiniz.

Dilinizi inkişaf etdirmək üçün sadəcə kaset və disklərdən deyil, internetdəki dil proqramlarından da istifadə edin.

İnanın ki, bu məsləhətlərdən istifadə etsəniz, istəyinizə daha tez bir zamanda nail ola biləcəksiniz. Adilə Məmmədova/TELEBE.AZ

  • Vusal

    pox kimi