TQDK sədri: “Orta məktəblərdə buraxılış imtahanlarının nəticələrinin təhlili göstərdi ki, vəziyyət biz düşündüyümüzdən də pisdir”

meleyke_abbaszade“Ötən il orta məktəblərdə aparılan buraxılış imtahanlarının nəticələrini təhlil edərkən gördük ki, burada vəziyyət biz düşündüyümüzdən də pisdir”.

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunan tədbirdə deyib. O bildirib ki, təhlillər zamanı buraxılış imtahanlarında iştirak etməyənlərin nəticələrinin iştirak edənlərin nəticələrindən daha aşağı olduğu məlum olub: “Bunlar bir daha sübut etdi ki, indiyə kimi qəbul imtahanları əsasında orta məktəbdə olan vəziyyətlə bağlı söylədiyimiz fikirlər düzgündür. Ümumilikdə, 2012-ci il buraxılış imtahanlarında orta məktəblərin 195902 nəfər şagirdi iştirak edib. Onların 117363 nəfəri 9-cu, 78539 nəfəri isə 11-ci sinif şagirdləri olub”.
M. Abbaszadə qeyd edib ki, 2012-ci ildə respublika üzrə (Naxçıvan MR istisna olmaqla) 9-cu və 11-ci sinif şagirdlərinin sayı müvafiq olaraq 127755 və 85001 nəfər olub. Buraxılış imtahanlarında bu və ya digər səbəblərdən 16854 nəfər (9-cu və 11-ci siniflər üzrə müvafiq olaraq 10392 və 6462 nəfər) iştirak edib. Onların arasından 29,77 faizi (9-cu siniflər üzrə 25,70 faiz, 11-ci siniflər üzrə 36,30 faiz) müxtəlif səbəblərə görə buraxılış imtahanlarından azad olunub. Yayda buraxılış imtahanlarından kəsilən 9-cu sinif şagirdlərinə sentyabrın 9-da təkrar imtahan (payız imtahanı) vermək üçün imkan yaradılıb. İmtahanda bir və yaxud hər iki fənn üzrə kəsilən 22068 şagird iştirak edib. Beləliklə, 9-cu siniflər üzrə buraxılış imtahanlarında iştirak edən şagirdlərin 96,64%-i ana dili fənni üzrə, 94,28%-i riyaziyyat fənni üzrə, 92,69%-i hər iki fənn üzrə müvəffəq qiymət alıb. 11-ci siniflər üzrə buraxılış imtahanlarında iştirak edən şagirdlərin 95,70%-i ana dili fənni üzrə, 92,35%-i isə riyaziyyat fənni üzrə, 89,63%-i isə hər iki fənn üzrə müvəffəq qiymət alıb.

 

TQDK sədri onu qeyd edib ki, ekspertlər tərəfindən testlərin məzmunu əvvəlcədən elə layihələşdirilib ki, şagirdlər müvəffəq qiymət almaq üçün hər bir fənn üzrə təqdim edilən 30 test tapşırığından ən azı 8-nə düzgün cavab verməli idilər: “Lakin şagirdlərin imtahanlarda çox aşağı nəticə göstərdikləri nəzərə alınaraq bu tələb 5 düzgün cavaba qədər aşağı salınıb. Əgər müvəffəq qiymət almaq üçün qoyulan minimal tələb əvvəldən planlaşdırıldığı kimi 8 düzgün cavab olsaydı, o zaman 9-cu siniflər üzrə buraxılış imtahanlarında iştirak edən şagirdlərin 49,73 faizi, 11-ci sinif şagirdlərinin isə 31,10 faizi imtahanlardan kəsilərək müvafiq təhsil haqqında sənəd ala bilməyəcəkdi. Bütün bunları nəzərə alan TQDK imtahanın məzmununu və test tapşırıqlarının çətinlik dərəcəsini imtahanın məqsədinə uyğun olaraq maksimum dərəcədə asanlaşdırıb”.

  • http://Telebe.az Telebe.az

    besss olarki imtahan vermedin aviasiya akademiyasinin qapisindan icer girim?

  • http://telebe.az ruslan

    her gun bir yenilik.kas yuxular oimazdi