Müəllimlərin və həkimlərin maaşı artırılacaq

Prezident İlham Əliyevin bu ilin aprelində imzaladığı sərəncama müvafiq olaraq dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması başa çatdırılıb.
Nazirlər Kabinetindən Modern.az saytına verilən məlumata görə, təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsi yaxın günlərdə Prezidentə təqdim ediləcək.

Nazirlər Kabinetindən onu da bildiblər ki, sözügedən sənəd təsdiqlənəndən sonra müəlimlərin və həkimlərin maaşları da artırılacaq. Hazırda Maliyyə Nazirliyi məvaciblərin artırılması ilə bağlı imkanları araşdırır.

Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə sərəncamı bu il aprelin 20-də imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

“Müəyyən edilsin ki, bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş işin dövlət qulluğunun xüsusi növünə aid edilməsi, təhsil və səhiyyə müəssisələrinin növü və xüsusiyyətləri nəzərə alınmaqla, mərhələlərlə həyata keçirilir”-deyə sərəncamda qeyd edilib.

  • dans

    muellimlerin ve hekimlerin maasi chox azdir. usaqi muellim hazirlayir tehsilini verir ve belelikle usaq ali mektebe daxil olur hekim usaqin saqlamliqina nezaret edir. bu 2 sexs biz cemiyyetin geleceyi ucun vacibdirler. ne ucun bizim dovlet bu 2 sexsin maasini artirmaqa cetinliy cekir ? ister deputat ister nazir istersede prizidente tehsilini muellim verir onlar o pilleye yukselmeyine sebeb olur

  • http://facebook Rafael

    mamamin maasi artmadi :(

  • http://3349668vsl vusal

    mence muellimin maawi budceye gore deyil cemiyyetin geleceyinin inkiwafina gore olculmelidir muellim adinin werefi maddi durum uzunden ayaqlar altina enmekdedir bu xalqin mehvine aparan en yaxin yoldur heyacan tebili vurulmalidir

  • SHAMIL

    MUELLIMNEN HEKIM XALQIN ZIYALISIDIR.MUELLIM HEKIM OLMASA HECHBIR SAVADLI SAGLAM MILLETDEN DANISHMAQDA OLMAZ ONUN GELECEYINDENDE

  • http://telebe.az Rocstar

    yaziq bu muellimler gor muellime nece hormet edirler Azerbaycan en az maas alan tebeqe Muellim ve hekimdir qalani yuksek maas alir bir muellimden ve hekimden basqa hami yaxsi maas alir bu haqsizliqdir edaletsizlikdir.

  • http://telebe.az Rocstar

    muellimlerin maasi qaldi 2012-ye mene artim olsada 20%ve ya 30% artacaq 2 defe artacaq deyirler ama yalan deyirler inanmayin.

  • Sabina

    Ama nnedense muellimlerin maashi hec artmadi.
    Muellimlerin maddi drumunun yaxshi olmamasi her kese melumdur. Bu lahiyyenin heyata kecmesi cox onemlidir.
    Lakin aradan xeyli vaxt kecmesine baxmayaraq bu haqda hec bir yenilik yoxdur.
    Bu kasibciliq ichinde chirpinan bichare muellimler ne zaman yada dushecek.
    Aradan chox vaxt kecmesine baxmayaraq umid ve sebirsizlikle lahiyyenin heyata kechmesinngozleyirik.
    Hormetle: Sabina muellime

  • natavan

    sərəncamın verilməsindən artıq beş ay keçib. 5-10 manat pul artırıacaqlar irəli geri beş aydır bir qərara gələ bilmirlər. İnsanların hissləri ilə niyə oynayırsınız. bu yazıq camaat gün saymAQDAN YORULDU AMMA SİZ BOŞ VƏDLƏR VERMƏKDƏN USANMIRSINIZ

  • səminə

    Bu layihənin hazırlanmasından 4ay keçib,ancaq 3ay ərzində Prezidentə təqdim olunmalıydı, bəs nə üçün hələ də maaşlar qalxmayıb?

    • cavidann

      yaziq muellimlerin maasida ayda 1 defe maas alir onuda mektebden istiyirler bu ne demekdi