Məleykə Abbaszadə ilə Misir Mərdanov arasında meyxana deyişməsi olacaq?

Artıq bir neçə gün və hətta aydır ki, Təhsil Naziri Misir Mərdanov və TQDK sədri Məleykə Abbaszadə arasında söz dueli davam edir. Bu haqda həmkarlardan yazı yazmalarını xahiş etdim mənə dedilər ki, “qardaş bu haqda artıq yazı yazmaqdan keçib, köşəlikdir”. Məncə artıq yazı yox başqa bir şey duel, yarış, real döyüş meydanı yaratmağın vaxtıdır. Mən bir təklif verəcəm bəyənsəniz rəsmi şəkildə hər iki quruma müraciət edərik. Birincisi milli adət ənənəyə sadiq qalmaq üçün mən iki qurumun rəhbəri arasında meyxana yarışmasının keçirilməsini istərdim. Onsuzda indi meyxana artıq qlobal miqyas alıb bizim haqda artıq bütün Rusiyada danışırlar “Tı kto takoy davay da svidaniya” bütün interneti doldurub. Meyxana onların daha çox tanınmasına kömək edər. Bunun üçün görüləcək tədbirlər Maştağa qəsəbəsində bir mağar qurmaq və bütün meyxana deyənləri ora dəvət etmək. Bundan əlavə Rusiyadan NTV, ORT telekanallarının  və diplomatik korpus nümayəndələrini və dövlət qurumlarının üzvlərini həmin mağara yığmaq. AZTV- nin mədəniyyət kanalı da bunu canlı yayımlayar. Bir qafiyə açılsın. Məsələn “Na eqzamene ya polucu dvoyku ay brat, no mne pomojet ministra brat ay brat” və ya başqa qafiyə. Və Misir Mərdanovla Məleykə Abbaszadə başlasınlar meyxana deməyə kim qafiyəyə uyğun deyə bilmədi məğlub olsun və onu da göndərsinlər istefaya bununla da həm jurnalistlərin, həm də ki, milyonlarla valideyinin və tələbənin canı dincəlsin. Başqa təkilflər da ola bilər, məsələn güləş yarışması və ya ən yaxşı inşa müsabiqəsi. Hər halda tələsmək lazımdır belə getsə ölkədə təhsil verməyə nə tələbə qalacaq, nə də məktəbə getmək istəyən şagird.

Mürsəl Əliyev

Telebe.az

  • http://telebe.az ruslan

    meleyke xanim,bizi hele cox suprizler gozleyir?

  • http://telebe.az ruslan

    meleyke xanim,suprizleriniz tukenmirde…

  • ZAUR

    XAIS EDIREM KECIT BALIN 150 DEN ASAGI OLSUN 50 OLSUN AVARALARDA GIRSIN

  • aygun

    imtahani olan butun abituriyentlere uqurlar arzulayiram hec kimin eziyyeti heder getmesin[amin]ozuvuze inanin her sey yaxsi olacaq insallah ALLAH KOMEYNIZ OLSUN!!

  • aygun

    ne eliyceysizse tez eleyin bezdik daha!sagirdlere yaziqlari qelmir INSAFSIZLAR!ama mence bu dexlisi olmayan bir seydi hereni oz sahesinde sinayin en yaxsisi budu ki 125 suali 3 saatda islesinler 700 toplayan qalib olsun.necedi??

  • sari

    cox heyecanliyam II Qurupun imtahani getdikce yaxinlawir heyacanda bir o qeder artir

  • Aynure

    Mence bele seviyyesiz sozleri yazib tehsilimizin adini batirmayaq.biz neinki,oz adimizi,milletimizin adini batiririq.unutmayaq ki,bizden bawqa minlerle insanlara gulunc oluruq.Qaldiki oxuyan,savadli usaga yaxud telebeye her yerde,her mekanda yer var.bura sizi qane etmir savadinizi xarici olkelerde sinayin!!!

  • http://telebe.az leyla

    İKİ QOÇUN BAŞI BİR QAZANDA QAYNAMAZ!

  • konul

    misir merdanov meyxana naziri deyil..meleyke abbazsad de telebe qebul edir.meyxanaci qebul edir..her kesi oz sahesi uzre imtahan ederler….dexlisi olmayan yarislarla ,sohbetlerle yox……..

  • QADIR-MASALLI

    meleyke abbaszade qalib gelecek.bu aydin gorunur