Home » Son Xəbərlər »
Fövqəladə Hallar Nazirliyinin Akademiyasına sənəd qəbulu başladı
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2012/2013-cü tədris ili üçün əyani təhsil üzrə kursant (müdavim) qəbulu qaydaları açıqlanıb.
Telebe.az-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına “Yanğın təhlükəsizliyi mühəndisliyi” və “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə qəbul olmaq istəyən namizədlər boyu azı 160 sm, tam orta təhsilli və ya orta məktəbin buraxılış sinfində oxuyan, 16 yaşından yuxarı (“Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə isə 01.09.2012-ci il tarixinədək 17 yaşı tamam olan), yaxud müddətli həqiqi hərbi xidmət keçmiş və ehtiyatda olan 23 yaşınadək Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.
Namizədlər Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara müvafiq olaraq nazirliyin xüsusi həkim ekspertiza komissiyasında, həmçinin fiziki hazırlıq və seçmə komissiyalarında sınaq və yoxlamalardan keçməlidirlər.
Sınaq və yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin ərizələri rəsmiləşdirilir və onlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş cədvəl üzrə mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edirlər.
Qəbul imtahanı I ixtisas qrupuna daxil olan fənlər üzrə Azərbaycan və rus dillərində keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı qaydalarla Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında və “Abituriyent” jurnalında verilən elanlar vasitəsilə tanış olmaq mümkündür.
Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması, yataqxana ilə təmin olunur və təqaüd alırlar.
Təhsil müddəti 4 ildir və təhsil Azərbaycan dilində aparılır.
Akademiyanın məzunlarına “Yanğın təhlükəsizliyi mühəndisliyi”, “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə bakalavr dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilir, onlar Fövqəladə Hallar Nazirliyi sistemində müvafiq vəzifələrə təyin edilirlər.
Akademiyaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- tərcümeyi-hal;
- şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin dövlət notariusu tərəfindən təsdiq olunmuş surəti;
- tam orta təhsil haqqında sənədin əsli və surəti, yaxud orta məktəbin buraxılış sinfində oxuması haqqında arayış;
- orta məktəbdən, iş yerindən və ya hərbi hissədən xasiyyətnamə;
- yaşayış yeri üzrə tibb müəssisəsindən sağlamlıq haqqında arayış;
- hərbi xidmətə çağırış məntəqəsinə təhkim edilmə vəsiqəsinin əsli və surəti;
- 2 ədəd 9×12 sm ölçüdə, 4 ədəd isə 4×6 sm ölçüdə fotoşəkil (başıaçıq, rəngli).
Sənədlər aprelin 1-dən 30-dək (bazar günləri istisna olmaqla) saat 10-dan 17-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi; əlaqə telefonları: (012) 512-41-61 , (012) 512-41-20 ) qəbul ediləcək.
Telebe.az
Oxunma sayı:34724



54 Şərh
Salam men FHN hazirlawiram hansi senedleri yiqmaq lazimdi 17 yawim var
SALAM,UWAQLAR BURDA SUALA CAVAB AXTARINCA FHN.GOV.AZ SAYTINA GIRIN ORDA HER WEY YAZILIB
salam.ixtisasim hekim stomatolog.FNH in poliklinikasinda iwlemek isteyirem.herbi xidmetde olmuwam.iwimi yaxwi bacariram
Adim TERLAN QASIMOVdu men istiyirem FHN-ne sened verim . Ora ne sene di lazimdi… ( xahis edirem cavab yazasiniz).
FOVQALADE HALLAR NAZIRLIYININ AKADEMIYASINA QEBUL OLMAQ UCUN HANSI QABILIYYET IMTAHANLARINDAN KECMELIYEM VE ORAYA QEBUL OLMAQ UCUN MENE NE QEDER BAL LAZIMDIR
kecid bali necedir? xahis edirem cavab yazin.
salam imtahan nevaxtdi? 2013 ili ucun? yeni builcun
Salam,menim oglumun bu ilin avqust ayinda 17 yawi tamam olur,o FHN akademiyasina senedlerin vere biler?
salam men Dadasov Revan 1988ci lde anadan olmusam ve ali tehsilliyem ve AZERBAYCAN RESPUBLIKASININ FOVQELADE HALLAR NAZIRLIYININ MULKI MUDAFIE QOSUNLARINDA QULLUQ ELEMISEM HAL HAZIRDADA ISLEMIREM XAIS EDIREM BIR CAVAB YAZIN KIME MURACIET ETMEYIMIZ HAQDA
FHN-ya qebul olmaq ucun hansi senedler lazimdi?
salam fiziki qabiliyyet imtahaninda neler olur? mandatda neler olur? fhn akademiyasina qebul olmaq ucun hansi senedler lazimdir ve ne qeder bal lazimdi? cox xahis deqiq bilenler cavab yazsin daa…
salam men FHN akademiyasina sened vermek isteyirem 22 yasim var herbi xitmeti 2 il di ki qurtarmisam fiziki narvativleri kecmeye ozume guvenirem amma FHN akademiyasina qebul balini bilmirem bu barede mene melumat vere bilersiz hormetli ADMIN >>????
salam men bu il fhn-e sened vermek isteyirem qabiliyyet ucun normativler necedi?xahis edirem cavab verin
Salam,menim xalam oglunun avqustda 17 yawi tamam olacaq,o bu il FHN akademiyasinin qebul imtahanina sened vere bilermi??
xalid imtahandan mutleq kecmelisen
SALAM menim 15 yasim var 11 de oxuyuram ve may ayinin 11 de 16 yasim tamam olacaq.Akademiyaya sened vere bileremmi?Xais edirem sualima cavab yazin.Tesekkurler…
Salam, menim qardasimin 17 yasi var, o bu il 11-ci sinifi bitirir ve rus bolmesinde oxuyur. O fovqalede hallar akademiyasina qebul olmaq isteyir. Biz oyrenmek isteyirik ki, qebul bu il ne zaman baslayir ve imtahan herkesle birlikde olur yoxsa basqa. Cabavabinizi gozleyirik.
Salam men yanvar ayinda herbi xidmeti basa vurmusam kicik cavus olmusam Fovqelade Hallar Nazirliyinin akademiyasina qebul olmaq isteyirem xahis edirem mene meslehetinizi veresiniz.
salam menim iyunda 18 yasim tamam olur mektebide kecen il bitirmisem bilmek isteyirem bura sened vere bilerem yoxsa yox?
men bilmek isteyirem ki,Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi”ucun en azi nece bal lazimdi?
Qabiliyyet imtahaninda hansi normativler goturulur??Xahiw edirem cavablandirasiz.
8den cox turnikdi ..2ci 100 metri 5nefernen qacirsan …1 km ri 10 nefernen qacirsan ugurlar ) men 1 ci kursda oxuyuram ))
salam men univeristetde 2ci kursda oxuyuram.19 yasim var. bilmek isteyirem men burani bitirenden sonra FHN akademiyasina sened vere bilerem??
Men 9-cu sinfde oxuyuram FHN-a is vermek isteyirem vere bilerem?
Men 9-cu sinfde oxuyuram 1998-ci ilde anadan olmusam FHN akademiyasina is vermek isteyiremyasim catir
Salam hervaxtiniz xeyir men 2ci kurs TARİX telebesiyem..FHN AKADEMİYASİNDA is isteyirem..pul meni maraqlandirmir..cox cuzi marsla isleye bilerem.kompyuterden basim cixir..her nov senedi yaza bilerem..nezere alin..cox isinize yariyaram.
Salam men bilmek istəyirəmki 27 yaşinda men HFN akademiyasına qiyabi sened vere bilerem
Gunel Xanim bildiyim qederiyle xanimlar bu akademiyaya sened vere bilmir.
salam men bu il 9cu sinifde oxuyacam ancaq menim 15 yasim var men akademiyaya imtahan vere bilerem?
F.h.n akademiyasinin yangin tehlukezliyi muhendisliyi fakultesinin kecid bali ne qederdi? Birde qebul olduqdan sonra orda qalmaq mecburidi?
2012-ci ilin qəbulu üçün keçid ballarını yaza bilərmisiniz?
menim 20 yawim var esgerlikden teze gelmisem orta mektebi 9 il oxumusam bilmek isteyirem 9 cu sinifin sehadetnamesiyle fhn sened vere bilerem?
cox xashis edirem cavablayasiz qabiliyyet imtahaninda neler vacibdir isteyirem oglumun senedlerini verim. qabiliyyet imtahani barede melimut isteyirem
FHN-e qebul ucun hansi senedler ve fiziki hazirliqdan olan normativler hansilardir?
Qabiliyyet imtahani ne vaxta gederdi?
salam deqiq bilirsiz Aprelin 28di imtahan?
salam aprelin 24 senedleri, veren qabiliyyeti ne vaxt verir?
bratlar qabiliyyet imtahaninin vaxti aciqlandi….28 aprel..genclikdeki idman insitutu
salam men Fovqalade Hallar Nazirliyine vakansiya axtariram hardan maraqlana bilerem xahis edirem cavab yazasiniz.Ali tehsilliyem,herbi xidmetde olmusam.
kenan qaqaw yeqin 250-350 arasi olacaq..sened verenlerin sayi coxdu mence
kecid bali ne qederdi?
hamiya ugurlar mende icinde olmaqla
Burada nece bal keciddir?
Salam!Menim 24 yasim var!Isterdim men de FHN-nin sened qebulunda istirak edim!nece edim?
salam men 9 cu sinifde oxuyram men ora qebul imtani ver bilerem xaso edirem sualimi cavablandirasiz
kecid ballarini yazin
menim 16 yasim sentiyabirin 1 de tamam olur 9da oxuyuram men ora imtahan vere bilerem?cvb yazin
hamiya muvefeqiyyetler!!!!
bilmek iseyirem bu akademiyanin qebele oxumaq ucun filyali var?qebul olub qebele filialinda nece oxuya bilem.senedleri ancaq bakiya vermek lazimdir yoxsa filiala vermek olar? xhais edirem butun suallara cavab veresiniz?
salam hamiya ugurlar olsun
kecen il men kesildim bal azdiginda akademiyaya qebul olabilmedim….bilmek isterdim men yeniden hemin lazim olan senedleri toplamaliyam yoxsa buna ehtiyac yoxdu?
Beli toplamalisiniz
SALAM MEN 9 DA OXUYRAM BU IL BURA IMTAHAN NECE VERE BILEREM WEHADETNAMENI ALANNAN SORA???XAIW EDIREM SUALMA CVB YAZIN!
Adim Ali Aliyevdir bu il sentyabr ayinda 17 yawim tamam olur ve bu il orta tehsilim bitir FHN akademyasina qebul olmaq isdeyirem soruwmaq isdiyirdim ki 2 qrup ixtisasi uzre FHN akademyasina qebul olmaq olur ? birde qabilyet imtahani nelerden ibaretdir onu orgenmek isdiyirem …
xaiw edirem cvb yazasiniz ..