Dövlət qulluğunda 700 vakant yerə müsabiqə elan olunub
Müsabiqədə iştirak etmək üçün vətəndaşlar müvafiq ərizə formasını avqustun 7-dən sentyabrın 6-dək Komissiyaya təqdim etməlidirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Trend-ə verilən məlumata görə, müsabiqə 64 dövlət orqanındakı 578 vakant vəzifənin tutulması üçün elan olunub.
Müsabiqəyə çıxarılan vakant vəzifələr rayon, şəhər məhkəmələrində, Səhiyyə, Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman, Maliyyə, Rabitə və İnformasiya Texnologiyaları, Kənd Təsərrüfatı, Sənaye və Energetika nazirliklərində, Dövlət komitələri və komissiyalarında, agentliklərdədir.
Müsabiqəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 7 avqust 2012-ci il tarixli sayında və 7 avqust 2012-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında -www.dqmk.gov.az veriləcək.
Müsabiqəyə çıxarılan vakant vəzifələrin mərkəzi icra hakimiyyəti orqanları, apellyasiya və birinci instansiya məhkəmə orqanları üzrə statistikası aşağıdakı cədvəllərdə verilib.
| S/ s | Dövlət orqanı | Vakant vəzifələrin sayı | |
| 1 | Dövlət Sosial Müdafiə Fondu | 112 | 84 |
| 2 | Dövlət Statistika Komitəsi | 84 | |
| 3 | Təhsil Nazirliyi | 74 | |
| 4 | Gənclər və İdman Nazirliyi | 61 | |
| 5 | Sənaye və Energetika Nazirliyi | 39 | |
| 6 | Kənd Təsərrüfatı Nazirliyi | 29 | |
| 7 | Mədəniyyət və Turizm Nazirliyi | 27 | |
| 8 | Dövlət Dəniz Administrasiyası | 27 | |
| 9 | Dövlət Şəhərsalma və Arxitektura Komitəsi | 21 | |
| 10 | Maliyyə Nazirliyi | 18 | |
| 11 | Səhiyyə Nazirliyi | 14 | |
| 12 | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi | 12 | |
| 13 | Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi | 8 | |
| 14 | Tələbə Qəbulu üzrə Dövlət Komissiyası | 6 | |
| 15 | Satınalmalar üzrə Dövlət Agentliyi | 6 | |
| 16 | Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti | 5 | |
| 17 | Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi | 4 | |
| 18 | Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi | 3 | |
| 19 | Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi | 2 | |
| 20 | Milli Televiziya və Radio Şurası | 2 | |
| 21 | Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi | 2 | |
| Cəmi: | 556 |
Müsabiqəyə vakant vəzifə təqdim edən məhkəmə orqanları.
| S/ s | Dövlət orqanı | Vakant vəzifələrin sayı |
| 1 | Gəncə Apellyasiya Məhkəməsi | 9 |
| 2 | Şəki Apellyasiya Məhkəməsi | 8 |
| 3 | Gəncə şəhəri Nizami Rayon Məhkəməsi | 8 |
| 4 | Nəsimi Rayon Məhkəməsi | 8 |
| 5 | Cəlilabad Rayon Məhkəməsi | 8 |
| 6 | Bakı Apellyasiya Məhkəməsi | 7 |
| 7 | Şirvan Apellyasiya Məhkəməsi | 6 |
| 8 | Lənkəran Ağır Cinayətlər Məhkəməsi | 6 |
| 9 | Şirvan İnzibati-İqtisadi Məhkəməsi | 6 |
| 10 | Xətai Rayon Məhkəməsi | 6 |
| 11 | Xaçmaz Rayon Məhkəməsi | 6 |
| 12 | Şəki Ağır Cinayətlər Məhkəməsi | 5 |
| 13 | Gədəbəy Rayon Məhkəməsi | 4 |
| 14 | Yevlax Rayon Məhkəməsi | 4 |
| 15 | Şəki Rayon Məhkəməsi | 4 |
| 16 | Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi | 3 |
| 17 | Füzuli Hərbi Məhkəməsi | 3 |
| 18 | Abşeron Rayon Məhkəməsi | 3 |
| 19 | Mingəçevir Şəhər Məhkəməsi | 3 |
| 20 | Qusar Rayon Məhkəməsi | 3 |
| 21 | Şəmkir Rayon Məhkəməsi | 3 |
| 22 | Bakı Ağır Cinayətlər Məhkəməsi | 2 |
| 23 | Gəncə Ağır Cinayətlər Məhkəməsi | 2 |
| 24 | 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi | 2 |
| 25 | Ağdaş Rayon Məhkəməsi | 2 |
| 26 | Ağdam Rayon Məhkəməsi | 2 |
| 27 | Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi | 2 |
| 28 | Salyan Rayon Məhkəməsi | 2 |
| 29 | Sabirabad Rayon Məhkəməsi | 2 |
| 30 | Samux Rayon Məhkəməsi | 2 |
| 31 | Qax Rayon Məhkəməsi | 2 |
| 32 | Qəbələ Rayon Məhkəməsi | 2 |
| 33 | Gəncə Hərbi Məhkəməsi | 1 |
| 34 | Ağcabədi Rayon Məhkəməsi | 1 |
| 35 | Ağstafa Rayon Məhkəməsi | 1 |
| 36 | Bərdə Rayon Məhkəməsi | 1 |
| 37 | Quba Rayon Məhkəməsi | 1 |
| 38 | Oğuz Rayon Məhkəməsi | 1 |
| 39 | Yasamal Rayon Məhkəməsi | 1 |
| 40 | Yardımlı Rayon Məhkəməsi | 1 |
| 41 | Lerik Rayon Məhkəməsi | 1 |
| 42 | Şamaxı Rayon Məhkəməsi | 1 |
| 43 | Şabran Rayon Məhkəməsi | 1 |
| Cəmi: | 146 |


4 Şərh
2013-cu il sened qebulu ne vaxt baslayacaq ve hansi muddete qeder davam edecek
2013-cü il dövlət qulluğuna vakant iş elanlarını haradan bilək.
salam!bilmek isterdim tehsil nazirliyindeki vekant vezifeler hansilardir?
elaqe melumatii..