Azərbaycanın orta məktəblərində vakant yerlərə 2500-dən çox müəllim işə qəbul edilib

Azərbaycanın orta məktəblərində vakant müəllim yerlərinə işə qəbul üçün elektron ərizə təqdim etmiş 16 mindən çox namizəddən 2500-dən çoxu işə qəbul edilib. Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, bu barədə təhsil naziri Misir Mərdanov bu gün yeni dərs ilinin başlanılması ilə əlaqədar keçirilmiş iclasda bildirib.

O deyib ki, yeni tədris ilində Azərbaycanda 130454 şagirdin I sinfə gedəcəyi gözlənilir. Yeni dərs ilində ölkə üzrə 4523 ümumi təhsil müəssisəsində 1304687 nəfər şagirdin təlim-tərbiyəsi ilə 150998 müəllim məşğul olacaq.

Azərbaycanda məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində atılan addımlara diqqət çəkən Mərdanov deyib ki, yeni dərs ilində 43588 yerlik 162 yeni təhsil müəssisəsi istifadəyə veriləcək.

Təhsil naziri 21 məktəb üçün 5104 şagird yerlik əlavə korpusların inşa olunduğunu, 103 məktəbin isə əsaslı təmir edildiyini nəzərə çatdırıb.

Nazir 2012-2013-cü dərs ilinə ümumi təhsil məktəbləri üçün 194 adda 4018990 nüsxə dərslik və metodik vəsaitin çap edilərək məktəblərə çatdırıldığını söyləyib. O, 500 məktəbdə kitabxanaların modernləşdirilməsi işinin davam etdirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

  • http://otvet Sabina

    Salam , bilmak istardim ingilis fanni uzre duwacak suallar haqda hardan melumat almaq olar.

  • http://otvet Sabina

    Salam , bilmak istardim ingil
    is fanni uzre duwacak suallar haqda hardan melumat almaq olar.