Azərbaycan Diplomatik Akademiyasının Səfiri

Azərbaycan Diplomatik Akademiyasının (ADA) Tələbə Hökuməti “ADA-ın Səfirləri” layihəsini elan edir. Layihə Azərbaycanda hazırda təhsil alan bütün tələbələrə açıqdır.

Layihəyə müraciət üçün aşağıdakılar tələb olunur:

- Azərbaycanda qeydiyyata alınmış hər hansısa bir universitetdə tələbə olmaq;

- Yüksək ingilis dili bacarığı;

- Aktiv və yaradıcı olmaq;

- Komandada işləmək bacarığı.

ADA-ın Səfirləri adını qazanmış tələbələrin aşağıdakı öhdəlikləri olacaqdır:

- ADA Tələbə Höküməti ilə daimi işləmək;

- ADA Tələbə Hökümətinin tədbirləri barədə öz universitetlərinə məlumat yaymaq;

- ADA-ın tələbələr üçün olan tədbirlərində iştirak etmək.

ADA-ın Səfiri adını qazanan hər bir tələbə Azərbaycan Diplomatik Akademiyasının yerli və xarici tələbələri ilə və professor heyəti ilə daimi ünsiyyətdə olmaq imkanı qazanacaq. Bundan əlavə, Diplomatik Akademiyanın tədbirlərində iştirak etmək, öz universitetlərini təmsil etmək və ən önəmlisi çox mədəniyyətli bir mühitdə çalışmaq imkanını əldə edəcəklər.

Necə müraciət etmək olar?

Maraqlı tələbələr əlavə olunmuş müraciət formasını doldurub gsg@ada.edu.az email ünvanını göndərə bilərlər. Müraciət forması inglis dilində doldurulmalıdır. Qeyd etmək istərdik ki, müraciət üçün son tarix 10 Oktyabr 2012-ci ildir. Nəticələr 15 Oktyabr 2012-ci il tarixində elan ediləcəkdir.

MÜRACİƏT FORMASI

Resurs.az

Comments are closed.