Ali məktəblərə qəbul qaydaları açıqlanıb

TQDK

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Abituriyent” jurnalının 1-ci sayı nəşr edilib. Burada 2011/2012-ci tədris ili üçün Respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları və bütün səviyyələrdən olan təhsil müəssisələrinə qəbul imtahanı proqramları verilib.
Hər bir abituriyent tələbə qəbulunun hüquqi əsaslarını təşkil edən və ən etibarlı oriyentir rolunu oynayan bu sənədlərlə diqqətlə tanış olub öz fəaliyyətini onların tələblərinə uyğun qurmalıdır.

Jurnalda aşağıdakı materiallar əksini tapıb:

2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas  təhsili müəssisələrinə tələbə qəbulu qaydaları

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı proqramları

Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik)
qəbul imtahanı proqramları

Hərbi liseylərə qəbul imtahanı proqramları

Ali təhsil müəssisələrinə qəbul imtahanı fənləri üzrə test tapşırığı nümunələri

Fənlər üzrə açıq tipli test nümunələri

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları

Soruşun, cavab verək” rubrikasında oxucuların sorğularına TQDK mütəxəssislərinin izahlı cavabları

Test tapşırıqlarının düzgün cavabları və balların hesablanma qaydası

Qəbul qaydaları  - Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılacaq. Abituriyentlər TQDK tərəfindən təyin olunacaq vaxtda internet vasitəsilə TQDK-nın rəsmi saytında “Abituriyentin elektron ərizəsi”ni dolduraraq, müvafiq sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komis si yalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər. Qəbul imtahanları keçirildikdən sonra müsabiqə şərtlərini yerinə yetirən abituriyentlər “Elektron ərizə”lərində qəbul olmaq istədikləri ixtisas kodlarını qeyd edəcəklər.

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı proqramları - TQDK-nın nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlarda aparılan təhlillər, müzakirələr nəticəsində 2010/2011-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının proqramları hazırlanıb. Proqramlar qüvvədə olan məktəb proqramlarına və dərsliklərə tamamilə uyğun tərtib olunub.

Orta ixtisas məktəblərinə ümumi orta təhsil bazasında (9 illik) qəbul imtahanı proqramları – Orta ixtisas məktəblərinə ümumi orta təhsil bazasında (9 illik) qəbul olmaq istəyən abituriyentlər Ana dili, Azərbaycan tarixi və Riyaziyyatdan imtahan verirlər. Həmin fənlər üzrə qəbul proqramları da junalın bu sayında dərc olunub.

Hərbi liseylərə qəbul imtahanı proqramları – Hərbi liseylərə qəbul olmaq arzusunda olan gənclər Azərbaycan dili, Riyaziyyat, Fizika və Kimya fənlərindən imtahan verirlər. Jurnalda bu fənlər üzrə qəbul proqramları da təqdim olunub.

Test tapşırığı nümunələri – Jurnalın bu sayında yeni test modelləri dərc edilib. Abituriyentlər bu testlər vasitəsilə öz hazırlıq səviyyələrini yoxlaya, növbəti qəbul imtahanlarında onlara təqdim olunacaq sualların çətinlik səviyyəsini müəyyənləşdirə bilərlər. Növbəti bölmədə həmin test tapşırıqlarının düzgün cavabları və balların hesablanması qaydası da verilib.

Fənlər üzrə açıq tipli test nümunələri – Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci ildə qəbul imtahanlarında açıq tipli (inventiv) test tapşırıqlarından da istifadə etməyi planlaşdırır. Jurnalın bu sayında gələcəkdə istifadə edilməsi nəzərdə tutulmuş açıq formalı test tapşırıqlarının nümunələri təqdim olunur. Xatırladaq ki, bu il qəbul imtahanlarında riyaziyyat fənni üzrə test blokuna açıq tipli testlər də daxil ediləcək.

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları – Məlum olduğu kimi, xüsusi təyinatlı təhsil müəssisələrinə, yəni Polis Akademiyasına, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, Ali Hərbi Məktəblərə, Tibb Universitetinin Ali Hərbi Tibb Fakültəsinə,  Orta Hərbi Tibb Məktəbinə və Hərbi liseylərə qəbul iki mərhələdə aparılır. Birinci mərhələdə abituriyent həmin təhsil müəssisələrində təşkil olunmuş həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilmiş fənlərdən TQDK tərəfindən keçirilən test imtahanı verməlidir. Jurnalda yuxarıda qeyd olunan tədris müəssisələrinə sənəd qəbulunun tarixi, tələb olunan sənədlərin siyahısı və digər zəruri materiallar dərc olunub.
Bu bölmədə Türkiyə Respublikasının Quru Qoşunlarının Ali Hərbi Məktəbinə və Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə qəbul elanları da təqdim olunub.

“Soruşun cavab verək” – Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına mütəmadi olaraq ictimaiyyətin müxtəlif nümayəndələrindən çoxlu sayda sual, məktub və müraciətlər daxil olur. Jurnalın bu rubrikasında oxuculardan TQDK-ya daxil olan ən səciyyəvi sorğu və müraciətlərə  Komissiyanın mütəxəssisləri tərəfindən hazırlanmış cavablar təqdim edilib. Yəqin ki, bu material da  qəbulla bağlı gəncləri  maraqlandıran  bir çox məqamlara aydınlıq gətirəcək.

Telebe.az

  • http://elnur elnur

    fhn in odeme karti nevaxt cixacaq ve onu hara kecirtmeliyik

  • http://elnur elnur

    FHN-e qebul ne vaxt harda kecirilecek?

  • http://facebook.com sevinc

    men oyrenmek isterdim ki bu il 9 illik tam orta mekteb musiqi kollecinde kecid bal nece olacaq

  • nermin

    bilmek isterdim qebul zamani8 sehv cavablarin sayi 1duzu apardigi duzgunmudur

  • suleyman

    MTN-e imtahani tqdk kecirir???????????

  • http://telebe.az azer

    hansisa fennen 0 bal tobladiqdq umumi baldan bal cixilirmi

  • saiq

    fhn in odeme karti nevaxt cixacaq ve onu hara kecirtmeliyik

  • qasim

    bu il olkede abuturiyentlerin minimum40%i kesilecek biyabirchilig olacag.Sinaglarda goyduglari achig sualin 1ini yarim saata etsen boyuk sheydi,oki galdi gebula! Gene yaxshidi sehf duzu aparmir 5 achig sualdan.

  • fidan

    cox gozel her gun yeni bir deyisiklik qulaq her gun yeni melumat esitmese kar olar biz abituriyentler de imtahan stressi azmis kimi meleyke vesaitler satilsin deye xeyli deyisiklik edir o aciq suallari verirsen vaxxtti arrttir da 1 suali hell etmek ucun 5 sualin vaxti lazimdir