ACT Azərbaycan təcrübə proqramı elan edir!

 

ACT Azərbaycan şirkəti layihələrdə işləmək üçün təcrübə proqramı elan edir. Təcrübəçilər təcrübə proqramı ərzində mövcud olan layihələrin reallaşması zamanı işləyəcəklər. Layihələr tədqiqat və konsaltinq xarakteri daşıyır, əsasən də  marketinq və ya sosialyönümlü olur. Proqram iştirakçıları cari layihələrdə əsas heyətlə birgə işləyəcək, layihə rəhbərinə assisentlik edəcəklər. Təcrübə proqramı 3 ay davam edəcək. Dövr ərzində seçilənlər şirkətin daimi heyətinə qoşula bilmək imkanı qazanacaq.

Tələblər:

Sosiologiya, iqtisadiyyat, jurnalistikadan olan məzunlara üstünlük veriləcək.

Əlavə biliklər:

MS ofis,  rus və ya ingilis dillərindən hər hansı birində şifahi və yazılı ünsiyyət bacarığı.

Əlaqə:

Maraqlananlar foto əlavə edilmiş CV lərini az@act-gr.com ünvanına göndərə bilərlər. Mövzu yerinə təcrübə proqramı ifadəsinin yazılması xahiş olunur.

Oxunma sayı:2620
 
 
 

0 Şərh

İlk şərhi siz yazın.

 
 

Şərh yaz

 




 
 

Yeni komentlər barədə məni mail vasitəsi ilə xəbərdar edin. Siz həmçinin saytın özünə də subscribe abunə ola bilərsiniz.