Xarici tələbələrin Türkiyədə təhsil alması üçün xüsusi layihə hazırlanıb

 

Türkiyə dövləti xarici tələbələri Türkiyədə  təhsil almağa  cəlb etmək üçün xüsusi plan açıqladı.  

110 milyard dollarlıq xarici şagird bazarından pay ala bilmək üçün qardaş ölkə yeni layihələrə imza atmağa hazırlaşır. 8 il içində 100 min xarici tələbənin Türkiyəyə gətirilməsi və 3 milyard dollarlıq bir xarici tələbə bazarının yaradılması planlanır. Telebe.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, artıq bir müddətdir ki, türk universitetləri, xarici tələbələrin sayını artırmaq üçün təqdimat fəaliyyətlərini sürətləndirir. Bu istiqamətdə reallaşdırılacaq işlərin əsasında universitetlərin xarici ölkələrdə edəcəyi təqdimatlar durur.UNESCO-nun məlumatlarına görə, dünyada 3.1 milyon tələbə öz ölkəsindən kənarda təhsil alır. Qeyd edək ki, seçilən ölkələr arasında ABŞ, İngiltərə, Avstraliya, Almaniya və Fransanın adı öndə çəkilir.

 

Oxunma sayı:2191
 
 
 

17 Şərh

  1. Bekir says:

    coox maraqlidi. Turkiyede oxumaq isterdim lakin 1 sual meni maraqlandirir bu imtahanlar ne vaxt kecirilir?

  2. bedel says:

    men nece tehsil ala bilerem koc universitesinde kendi hesabima

  3. Natiq says:

    Men indi Memarliq ve insaat universitetinin 1ci kursunda oxuyuram.turkiyede pulsuz tehsil almaq ucun ne vaxt imtahanlar olacaq? Ve hansi senetler lazimdi?

    • Elgun Bey says:

      Salam Natiq bəy,
      Bu il TCS, YÖS, TQDK, SAT əmtahanları vasitəsilə Türkiyə Universitetlərinə qəbul ola bilərsiniz. İmtahanlar tədris ilinin sonlarına doğru olacaq.

  4. ima says:

    Salam.Bu il Bakida hansisa universitet yos imtahani kecirdecek?

    • Elgun Bey says:

      Bəli keçirəcək. Özyeğin Unıversietinin keçirməsi dəqiqdir. Ankara Universiteti keçən il keçirmişdi. Bu il də keçirəcəyi gözlənilir. Digər bir neçə universitetin də keçirəcəyi gözlənilir.

  5. ima says:

    Cox sagolun

  6. Asya says:

    slm. deyilenlere gore TCS artiq qaldirilib bu dogrudurmu? bundan elave SAT imtahni vasitesi ile oxuyanlar odenissiz tehsilmi alirlar? he bir de SAT Amerikaya imtaha vermek ucun de istifade olunur imtahan sertleri her 2 olke ucun eynidirmi?

    • Elgun Bey says:

      Salam,

      Bu haqda bəzi məlumatlar yayılsa da dəqiq heç nə yoxdu. Ehtimal ki qaldırılmayacaq.

      SAT imtahanı hər yerdə eynidir. Sadəcə olaraq universitetlərin qəbuş etdiyi ballar fərqlidir.

      Son olaraq ödənişsiz təhsil almağın imtahanlar əlaqəsi yoxdur. Ödənişsiz təhsil üçün fərqli variantlar/programlar var. Onların şərtlərini təmin etməlisiniz.

  7. suleyman says:

    salam men turkiyede tehsil almaq istiyirem burda deyirler tek atesstadla be imtahan olmayacaq olsada hansi fenlerden olajax

  8. Zohrab says:

    Salam.Bu Il TCS imtahani Olacaq?Olacaqsa Kecid Bali Ne Qederdi?Birde TQDK bali Ile ora Getmek Olur?TQDK bali Ne Qeder Olmalidi?

  9. pervane says:

    salam men turkiyede tehsil almag isteyirem,hansi fenlerden olacag imtahan ve ne vaxt kecirilir?YOS,TCSle imtahan barede melumatlandirardiniz mumkunse…

  10. neftyanik says:

    Salam hamiya..Elgun bey cox xaiw edirem mene melumat veresiniz yosle olurmu getmey? yos levg olundu deyilir axi? xaiw edirem nqtt@box.az az e-malinine nomrenizi atasiniz mene komeyiniz lazimdi.

 
 

Şərh yaz

 




 
 

NİYƏ?

Yeni komentlər barədə məni mail vasitəsi ilə xəbərdar edin. Siz həmçinin saytın özünə də subscribe abunə ola bilərsiniz.