AZƏRBAYCANDA DÖVLƏT VƏSAİTİ İLƏ OXUYACAQ TƏLƏBƏLƏRİN SAYI VƏ İXTİSASLARI AÇIQLANIB

 

Azərbaycan hökuməti qarşıdakı illər üçün ali məktəblərdə dövlət sifarişi ilə oxuyacaq tələbələrin və magistrantların sayını müəyyənləşdirib. Nazirlər Kabinetindən Telebe.az -a verilən məlumata görə, NK-nın 336s saylı qərarı ilə “Növbəti 2012/2013-cü və sonrakı 2013/2014-cü-2015/2016-cı tədris illəri üçün ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə tələbə qəbulunun Proqnozu” təsdiq edilib. Bu proqnozlar İqtisadi İnkişaf Nazirliyinin təklifini nəzərə almaqla hazırlanıb.

Proqnozlara görə, qarşıdakı 4 tədris ilində ali məktəblərdə dövlət sifarişi ilə təhsil alacaq tələbələrin sayı 10-11 min arasında dəyişir. Belə ki, 2012/2013-cü ildə 10 900 tələbə, 2013/2014-cü ildə 11 070 tələbə, 2014/2015-ci ildə 11 232, 2015/2016-cı ildə 11 398 tələbənin dövlət sifarişi əsasında oxuması nəzərdə tutulub.

2012/2013-cü tədris ili üçün dövlət sifarişi ilə ən çox tələbə texniki və texnoloji ixtisaslar qrupu (2962 tələbə), təhsil ixtisaslar qrupu (2769 nəfər) və iqtisadiyyat və idarəetmə ixtisaslar qrupu üzrə (1643 tələbə) nəzərdə tutulub.

Müəllim ixtisasları üzrə ən çox sifariş xarici dil (416 yer), Azərbaycan dili və ədəbiyyat (325 yer), ibtidai sinif (264 yer) və riyaziyyat müəllimliyi (200 yer) nəzərdə tutulur.

Növbəti təhsil ili üzrə ün çox sifariş bədən tərbiyəsi və idman (376 yer), iqtisadiyyat (290), menecment (233), informasiya texnologiyaları və sistemləri mühəndisliyi (215 yer), sənayenin təşkili və idarə olunması (198 yer), müalicə işi (198 yer), biznesin idarə edilməsi (190 yer), kompüter elmləri (162 yer) ixtisasları üzrədir.

Qarşıdakı 4 tədris ilində ali məktəblərdə dövlət sifarişi ilə təhsil alacaq magistrantların sayı 2,5 min olacaq. 2012/2013-cü ildə 2 448, 2013/2014-cü ildə 2 495 tələbə, 2014/2015-ci ildə 2 546, 2015/2016-cı ildə 2 551 magistrantın dövlət sifarişi əsasında oxuması nəzərdə tutulub.

Telebe.az

Oxunma sayı:1588
 
 
 

6 Şərh

  1. Rehim says:

    Mene xahiw edirem 1 nefer izah etsin.Bu dovlet sifariwi ile oxumaq ne demekdir?yeni mahiyyeti nedir,ne ucundur?

    • Elgun Bey says:

      Salam,

      Bildiyin kimi Dövlət Sifarişi məsələsi Azərbaycanda keçən ildən tətbiq oplunuy, yəni yenidir və bir çox tələbə bəzi məqamları anlaya bilmir.

      Dövlət Sifarişini asan dillə desək Azərbaycana lazım olan kadrlar deyə bilərik. Yəni Təhsil Nazirliyi hər il Azərbaycana lazim olan qədər tələbə sifarış edir ki oxutsun. Məsələn deyək ki bu il Menecment üzrə 233 yer sifariş olunub. Bu o deməkdir bu il Azərbaycanda 233 nəfər Menecment ixtisasında dövlət hesabına oxuyacaq. Təhsil xərclərini dövlət qarşılayacaq və aylıq xərclik verəcək.

      • Qazanfar says:

        Salam Elgun bey!
        Bes dovlet dovlet sifariwine nece qeyd olunmaq olar? ve yaxuddaki, onlar nece secim edirler? Hansi prosedurlara esaslanirlar? adi 11-ci sinif sagirdi bu proqramda nece istirak ede biler?

        • Elgun Bey says:

          Salam Qəzənfər Bəy,
          Dövlət sifarişini TQDK imtahan nəticələri açıqlandıqdan sonra universitet seçimlərində edə bilərsən. Orada sənin iki seçimin olacaq Ya Dövlət sifarişı ilə oxumaq Ya da Öz hesabına. Universiteti və fakultəni seçdikdən sonra qabağında Dövlət sifarişi-ni işarələsən sənin balına görə dəyərləndirəcəklər. Əgər sənin balın Sənin universitetindəki fakultənə ayrılan Dövlət sifarışınə çatırsa onda seçiləcəksən.

  2. Lalə says:

    salam men ATU axrinci kurs telebesiyem ve bu il diplom aldiqdan sonra Almaniyada tibb tehsilimi davam etdirmek isteyrem xahis edirem meni basa salardiniz men hele Alamn dilin bilmirem fevralin !nden baslamaq isteyirem burda da qeyd olunubki muraciet ucun kursdan serifikat da teqdim olunmLİDİR BES MEN NECE MURACİET EDİM MUSABİQEDE İSTİRAK ETMEKCUN? xahis edirem tez cavablandirasiniz evvelceden tesekkur

 
 

Şərh yaz

 




 
 

NİYƏ?

Yeni komentlər barədə məni mail vasitəsi ilə xəbərdar edin. Siz həmçinin saytın özünə də subscribe abunə ola bilərsiniz.