Ən yaxşı müəllif essesi (inşa) müsabiqəsi keçirilir
Polşanın Varşava Pedaqoji Universiteti 19-20 sentyabr 2011-ci il tarixlərində Varşava şəhərində ali təhsil sahəsində “Şərq Tərəfdaşlığı” – ali təhsil sahəsində əməkdaşlıq mövzusunda elmi seminar keçirəcəkdir.
Bununla əlaqədar olaraq universitet 18-23 yaşlı tələbələr arasında “Avropanın əhəmiyyəti: mənim Avropa İttifaqında gələcək təhsilim” adlı ən yaxşı müəllif essesi (inşa) müsabiqəsi keçirir.
Müsabiqəyə təqdim olunan mətn ingilis dilində yazılmalı, A4 formatında 5 səhifədən artıq olmamalıdır – cəmisi 7500 işarə, hər səhifədə 1500 işarə.
Müsabiqəyə işlər poçt vasitəsi ilə 15 avqust 2011-ci il tarixinədək təqdim oluna bilər.
Ünvan: Wyzsza Szkola Pedagogiczna TWP w Wapszawie ul. Pandy 13, 02-202 Warszawa, Polska; Педагогический Университет общественных знаний в Варшаве, ул. Панды 13, Варшава, Польша
İnşa yazılarına iştirakçı haqqında məlumatlar əlavə edilməli və həmin məlumatların istifadəsinə razılıq bildirilməlidir.
Təşkilatçılar müsabiqə qaliblərini 19-20 sentyabr 2011-ci il tarixlərində seminarda iştirak etmək üçün xüsusi qonaq kimi dəvət etməyi planlaşdırır.
Telebe.az
Oxunma sayı:1063
0 Şərh
İlk şərhi siz yazın.