Sizin gələcəyiniz İstanbulda başlayır

 

Sabanci universitesi

Sabancı Universiteti dünya səviyyəsində olan ali təhsil ocaqlarında biridir. Universitet mühəndislik, təbiət, humanitar və sosial elmlər sahəsində elmi araşdırmaları ilə reytinqlərdə ilk pillələrdə durur. Türkiyənin ən böyük fondlarından olan Hacı Ömər Sabancı fondu tərəfindən 1994-cü ilin iyulunda yaradılan universitet 1999-cu ilin oktyabrında tələbə qəbuluna başlayıb. Sabancı universiteti özəl və müstəqil ali təhsil ocağı olmaqla ərazisi 1260000 kv.m əraziyə malikdir.

Niyə Sabancı universiteti?

  • Türkiyənin ən yaxı araşdırma mərkəzi olan universitet
  • Dünyanın ən yaxşı universitetlərindən biri (QS reytinqinə görə)
  • Doğrudan da beynəlxalq kampus
  • Akademik və professional həyata hazırlıq
  • Təhsil proqramları əsasında araşdırma və təcrübə imkanı
  • Beynəlxalq və Türk müəllimlərinin təhsil təcrübəsi
  • Dünyanın ən böyük universitetləri və qlobal şirkətləri ilə əməkdaşlıq
  • İngilis və iki başqa dildə təhsil almaq imkanı
  • Kampusun ərazisində sosial yönümlü müxtəlif tədbirlərin həyata keçirilməsi

Niyə İstanbul?

  • Avropanın üçüncü dünyanın 21-ci ən böyük şəhəri
  • Avropayla Asiyanın kəsişməsi
  • Zəngin mədəniyyət və tarix
  • Artan beynəlxalq tələbə sayı
  • Dünyanın biznes və maliyyə mərkəzi
  • Dünyanın ən təhlükəsiz şəhərlərindən biri

İş təcrübəsi imkanı:

  • Müxtəlif sahələr üzrə MBA proqramı üzrə mərkəzdə Coca Cola, Microsoft, Turkcell, Unilever və digər iri şirkətlər üçün real layihələrin hazırlanması və icra olunması
  • Tələbələr həmçinin universitet şəhərciyində də müxtəlif sahələrdə çalışa bilərlər.

Bizim məzunlar

  • Bizim universiteti bitirib başqa ali təhsil ocaqlarında aspirantura alan məzunlarımızın təhsil aldıqları ali təhsil ocaqlarından bəziləri: Harvard, MIT, London iqtisadiyyat məktəbi, Berkli və Stendford universitetləri, … ..
  • Bizim məzunların çalışdığı şirkətlərdən bəzilərinin adları:

BP, Bosch, Coca Cola, Deloitte, Ericsson, Gillette, Henkel, HP,L’Oréal, Microsoft, McKinsey, Mercedes Benz, Philip Morris,P&G, PriceWCoopers, Siemens, Unilever

Mübadilə proqramları

  • Siz bir semestri Avropa, Şimali Amerika və ya Asiyanın müxtəlif universitetlərində mübadilə proqramları əsasında təhsil ala bilərsiniz! Bizim 200-dən çox ali təhsil ocağı ilə anlaşmaq müqavilələrimiz mövcuddur.  Bundan əlavə, Sabancı Universiteti bir çox ölkələrdən hər il mübadilə üçün gələn tələbələri də qəbul edir.

Tələbə şəhərciyində yaşam:

  • Xarici tələbələr üçün tələbə şəhərciyində yerləşdirilmə təmin edilir.
  • Mədəniyyət  mərkəzləri
  • Idman mərkəzləri
  • Səhiyyə xidməti (hər bir tələbə üçün tibbi siğorta)
  • Bank, kinozal, supermarket, kitab dükanı
  • Yüksək səviyyəli İT xidmət (laptop kompüter, proqram təminatı, kampus ərazisinin hər yerində internetə qoşulma)
  • 50-dən çox aktiv tələbə klubları

Əlavə məlumat almaq üçün saytımızı ziyarət edin  iro.sabanciuniv.edu

Qeyd edək ki, Telebe.az saytı Sabanci Universitetinin Azərbaycanda yeganə informasiya stəisidir.

Oxunma sayı:989
 

Oxşar xəbər

  • No Related Posts
 
 

15 Şərh

  1. Nigar says:

    Burda pulsuz tehsil almaq ucun minimum ne qeder bal toplamaq lazimdir.Ve TSC imtahanindan elave universitetin oz imtahanindan kecmek lazimdir?

    • Admin says:

      salam siz bu universitete TQDK bali ve ya sadece atestat bali ile de daxil ola bilersiniz. Etrafli melumat almaq ucun universitetin saytini ziyaret edin

  2. gunel says:

    salam.yasim 27 di bitib magistratura pillesinde tehsil almaq ucun ne etmeliyem?

  3. Ayxan says:

    burada para vererek tehsil almaq olar? ve ne qederdir

  4. azer says:

    salam men TCS balim 41 di bu balnan bu univeristete qebul oluram ya yox??????????

  5. Mən hal-hazırda Göyçay QİS-də Mühəndis vəsifəsində çalışıram. Fikrim budur ki, mən təhsilimi artırmaq istəyirəm. Ali təhsilliyəm. Bu barədə mənə köməklik göstərəsiniz.

  6. Kenan says:

    2012-2013 ili ucun turkiyede tehsil almaq istiyirem odenissiz.TQDK balim 615 olub.Birbasa odenissiz tehsil ala bilerem?Bunun ucun hara muraciet edim?

    • Admin says:

      Salam siz bu il TQDK dan 615 bal toplamisizda bir basha Turkiyenini bir cox universitetlerinde pulsuz tehsil ala bilersiniz. Sadece bir az gecdir bir basha olaraq oxumaq istediniz universitete mail vasitesi ile yaza bilersiniz

  7. Feride says:

    salam.Turkiyeye qebul olmaq ucun hansi fenlerden imtahan vermeliyem ve nece bali kecmek wertdir?universiteti,fakulteni evvelceden secmeliyem yoxsa imtahanin neticeleri cixandan sonra?imtahan ne vaxt olacaq?

  8. bedel says:

    men orada yeni Turkiyede oxumaq ucun ne edim?

  9. bedel says:

    birde men tqdk nin baliynan ne qeder yiqmaliyam?

  10. Taleh says:

    Salam.Uni balim 600 olub ve bakalavr qurtarmiwam…Indi nece magist tehsili ala bilerem ? :
    0

 
 

Şərh yaz

 




 
 

NİYƏ?

Yeni komentlər barədə məni mail vasitəsi ilə xəbərdar edin. Siz həmçinin saytın özünə də subscribe abunə ola bilərsiniz.