Xaricdə Təhsil üzrə “Dövlət Proqramı” seçim qaydaları

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 3 iyun tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmişdir. Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin
S E Ç İ M Q A Y D A L A R I

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən hazırlanmışdır və xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim meyarlarını və prosedurlarını müəyyən edir.

1.2. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na (bundan sonra – Proqram) uyğun olaraq ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından prioritet sahələrdə tələb olunan ixtisaslar üzrə nüfuzlu xarici təhsil ocaqlarında təhsil alacaq gənclər bakalavr pilləsi üzrə 29 yaşınadək, magistratura, rezidentura və doktorantura pillələri üzrə isə 35 yaşınadək olan və bu Qaydaların 2-ci və 3-cü bəndlərinin tələblərinə cavab verən Azərbaycan vətəndaşları sırasından seçilir.

1.3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi hər il ölkənin gələcək iqtisadi, sosial və mədəni inkişaf perspektivlərini nəzərə alaraq sahələr, ixtisaslar, təhsil proqramı və pillələri üzrə kadr ehtiyaclarına olan tələbatı aidiyyəti nazirlik, idarə və təşkilatlarla birlikdə müəyyənləşdirir və təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya (bundan sonra – Komissiya) təqdim edir.

1.4. Tələbə göndəriləcək xarici təhsil qurumunun dünya üzrə reytinqi, müəyyənləşdirilmiş prioritet ixtisas və təhsil proqramları üzrə tələb edilən təhsilin səviyyəsi, tələbənin təhsili, sosial təminatı və digər xərclər nəzərə alınmaqla, ən optimal variantda xarici təhsil ocaqlarının seçilməsi haqqında təkliflər Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikaısnın İqtisadi İnkişaf Nazirliyi tərəfindən tərtib edilərək Komissiyaya təqdim edilir.

1.5. Azərbaycan Respublikasının Təhsil Nazirliyi hər il xarici ölkələrdə təhsil almaq müddətlərini müəyyən edir, sənədlərin qəbulunu həyata keçirir və bu barədə rəsmi nəşrlərdə və internetdə məlumatlar çap etdirir.

1.6. Gənclərin xaricdə təhsillə bağlı bütün xərcləri – vizaların və qəbul edən ölkədə onların qeydiyyata alınması, yaşayış, gündəlik qida, minimum zəruri tədris ədəbiyyatı ilə təminat, tibbi sığorta, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərclərinin ödənilməsi (təşkilati xərclər daxil olmaqla) dövlət tərəfindən həyata keçirilir. Tələbələrin təhsili ilə bağlı bütün xərclərin məbləği hər bir ölkə və ali təhsil müəssisəsi üzrə onun və ya tərəfdaş təşkilatın rəsmi təqdim etdiyi sənədlər əsasında ayrı-ayrılıqda Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hesablanır və təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

1.7. Proqramın icrasında şəffaflığın təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həmin Proqram üzrə xüsusi internet səhifəsi yaradılır və bütün məlumatlar vaxtında və tam həcmdə orada yerləşdirilir.

2. Xarici ölkələrdə ali təhsil (BAKALAVR dərəcəsi) almaq istəyən iddiaçılara irəli sürülən tələblər

2.1. Xaricdə ali təhsil (bakalavr dərəcəsi) almaq istəyən iddiaçılar aşağıdakı tələblərə cavab verməlidirlər:

2.1.1. Ümumi orta və ya orta ixtisas təhsilinə malik olanlar;

2.1.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavr pilləsində təhsil alanlar;

2.1.3. ilk dəfə olaraq ali təhsil (bakalavr dərəcəsi) almaq məqsədi ilə təsdiq olunmuş prioritet ixtisaslar üzrə xarici ali təhsil müəssisələrinə özləri daxil olan və burada təhsil alanlar;

2.1.4. bu bəndin 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərində qeyd olunan şəxslər ölkənin ali təhsil müəssisələrinin bakalavr pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 550 bal, digər sahələr üzrə ən azı 600 bal toplamalıdırlar;

2.1.5. dövlət dilini və seçilmiş xarici ali təhsil müəssisəsində tələb olunan tədris dilini bilməlidirlər;

2.1.6. bu bəndin 2.1.3-cü yarımbəndində qeyd olunan şəxslərin (artıq xarici ali təhsil müəssisələrində təhsil alanların) cari müvəffəqiyyət dərəcəsinin orta balı 5 ballı sistem üzrə 4 baldan və ya təhsil aldığı ali təhsil müəssisəsində tətbiq edilən qiymətləndirmə sistemi üzrə bunun ekvivalentindən aşağı olmamalıdır.

2.2. Seçilmiş xarici ali təhsil müəssisəsində tədris dilinə tələb olunan minimal səviyyə bu təhsil müəssisələri tərəfindən təsdiq olunmuş tələblər əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.

2.3. İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

a) ərizə-əsaslandırma;

b) doldurulmuş anket;

c) ümumi orta təhsil haqqında və ya orta ixtisas təhsili haqqında notarial qaydada təsdiq edilmiş sənədin surəti;

ç) ölkənin ali təhsil müəssisələrinin bakalavr pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanında göstərdiyi nəticələri təsdiq edən sənəd;

d) tələb olunan tədris dili imtahanının (TOEFL, İELTS və sair) və digər imtahanların verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notarial qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda);

e) bitirdiyi ümumi orta və ya orta ixtisas təhsili, və ya hazırda təhsil aldığı ali təhsil müəssisəsi tərəfindən rəsmi şəkildə təsdiqlənmiş zəmanət məktubu;

ə) fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);

f) sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış);

g) 2-ci bəndin 2.1.3-cü yarımbəndində qeyd olunan şəxslər üçün bu bəndin a), b), c), d), ə) və f) yarımbəndlərində göstərilən sənədlər və xarici ölkənin ali təhsil müəssisəsində müvəffəqiyyətlə (ən azı 4 bal və ya onun ekvivalenti) təhsil almaları barədə həmin ali təhsil müəssisəsi tərəfindən təsdiqlənmiş sənədlər.

3. Xarici ölkələrdə MAGİSTR, ELMLƏR NAMİZƏDİ, ELMLƏR DOKTORU dərəcəsi almaq istəyən iddiaçılara irəli sürülən tələblər

3.1. Xarici ölkələrdə magistr, elmlər namizədi, elmlər doktoru dərəcəsi almaq istəyən iddiaçılar aşağıdakı tələblərə cavab verməlidirlər:

3.1.1. bakalavr dərəcəsinə malik olanlar (yalnız magistr dərəcəsi almaq istəyən iddiaçılar üçün);

3.1.2. magistr dərəcəsinə malik olanlar;

3.1.3. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavrdan yuxarı təhsil pillələrində təhsil alanlar;

3.1.4. təsdiq edilmiş prioritet ixtisaslar və təhsil pillələri üzrə xarici ali təhsil müəssisələrinə özləri daxil olan, təhsil almaq üçün dəvət alan, hazırda təhsil alan şəxslər;

3.1.5. bu bəndin 3.1.1-ci yarımbəndində qeyd olunan şəxslər ölkənin ali təhsil müəssisələrinin magistratura pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 70 bal, digər sahələr üzrə ən azı 80 bal toplamalıdırlar;

3.1.6. bu Qaydaların 3-cü bəndində qeyd olunan bütün iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçilmiş ixtisasa uyğun olmalıdır;

3.1.7. dövlət dilini və seçilmiş xarici ali təhsil müəssisəsində tələb olunan tədris dilini bilməlidirlər;

3.1.8. elmlər namizədi və ya elmlər doktoru (PhD) dərəcəsi almaq istəyən iddiaçılar yuxarıda qeyd olunmuş tələblərdən əlavə, magistr dərəcəsinə malik olmalı, xarici təhsil müəssisələrinə özləri qəbul olunmalıdırlar.

3.2. Seçilmiş xarici ali təhsil müəssisəsində tədris dilinə tələb olunan minimal səviyyə bu təhsil müəssisələri tərəfindən təsdiq edilmiş tələblər əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunur.

3.3. İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

a) ərizə-əsaslandırma;

b) doldurulmuş anket;

c) iş yerindən və təhsil aldığı ali məktəbdən zəmanət məktubu;

ç) notarial qaydada təsdiq edilmiş ali təhsil haqqında diplomun və ya magistr diplomunun və ya elmlər namizədi diplomunun surətləri (əlavələrlə birlikdə);

d) xarici dil imtahanının və tələb olunan digər imtahanların verilməsi üzrə müəyyən olunmuş müvafiq rəsmi sertifikatın notarial qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda);

e) digər təhsil müəssisələrində, kurslarda, ordinatura, aspirantura və magistraturada oxumağı təsdiqləyən sənədlərin surətləri (mövcud olduğu halda);

ə) sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış);

f) bu bəndin 3.1.4-cü yarımbəndində qeyd olunan şəxslər üçün a), b), ç), d), e) və ə) yarımbəndlərində göstərilən sənədlər və xarici ali təhsil müəssisəsində müvəffəqiyyətlə (ən azı 4 bal və ya onun ekvivalenti) təhsil almaları barədə həmin ali təhsil müəssisəsi tərəfindən təsdiqlənmiş sənədlər (təhsil alanlar üçün);

g) elmlər namizədi və ya elmlər doktoru dərəcəsi almaq üçün xarici ölkədə təhsil almaq istəyən şəxslər üçün müvafiq sənədlərə əlavə olaraq tədris və tədqiqat işinə dair ümumi məlumat, həmçınin, məqalə, tezis, monoqrafiya, digər elmi nəşrlər və tədris-metodiki işlərin siyahısı.

4. Xarici ölkədə təhsil almaq məqsədi ilə seçim edilməsi

Xarici ölkədə təhsil almaq istəyən iddiaçılar barədə məlumatlar Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən seçim edilməsi və təqaüdçülərin siyahısının təsdiq olunması üçün Komissiyaya təqdim edilir.

5. Xarici ölkədə təhsil almaq üçün təqaüdçü ilə müqavilənin bağlanması və müqavilə şərtlərinin yerinə yetirilməsi

5.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi təqaüdçü ilə təhsilin təşkili barədə müqaviləni mütləq olaraq aşağıdakıları daxil etməklə bağlamalıdır:

a) müqavilənin predmeti;

b) tərəflərin hüquq və vəzifələri;

c) təhsil müddəti və şərtləri;

ç) təhsili bitirdikdən sonra təqaüdçünün Azərbaycanda beş il ərzində işləmək üçün Azərbaycan Respublikasına qayıtması barədə şərt;

d) müqavilənin şərtlərinin icra olunmasına təsir göstərən fors-major (fövqəladə) hallar.

5.2. Müqavilə təqaüdçülərə təhsil üzrə bütün xərclərini ödəmək üçün və xarici tərəfdaşlara maliyyə vəsaitinin köçürülməsi üçün əsas götürülür.

5.3. Hər tədris ilinin yekununda tələbələrin tədris aldığı ali təhsil müəssisələrinin rəyinə əsasən müvəffəqiyyət göstərməyən tələbələr Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdimatı ilə Komissiyada müzakirə olunur və Komissiyanın qərarına əsasən proqramdan çıxarılır.

5.4. Təqaüdçü Komissiya tərəfindən üzrsüz hesab edilən səbəblərə görə təhsil proqramından çıxarıldığı və ya müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyi hallarda, müqavilədə nəzərdə tutulmuş müddət ərzində onun təhsilinə sərf edilmiş bütün vəsaitləri qaytarmalıdır.

5.5. Təqaüdçü müqavilədə göstərilmiş fors-major (fövqəladə) hallar nəticəsində öz öhdəliklərini tam və ya qismən yerinə yetirə bilmədikdə məsuliyyət daşımır.

P.S. Məlumat TN Web Saytından götürülmüşdür:   Yüklə(pdf)

Oxunma sayı:28501
 
 
 

182 Şərh

  1. Buta says:

    Salam. Mən magistraturanı bu il bitirecem. Tehsilimi Türkiyede davam etdirmək isteyirəm. Bunun üçün hansı tələblərə cavab verməliyəm ?

    • Admin says:

      Salam siz universitet neticelerinizi gostererek Turkiyenin istenilen universitetine qebul ola bilersiniz. INdi Turk universitetleri Imtahansiz telebe qebulu edirler.

      • Emin says:

        Salam. Turkiye universitetlerinden birene imtahansiz nece daxil olmaq olar zehmet olmasa etrafli yazin? Birde dovlet proqramina duse bilerem oraya imtahansiz daxil olsam?

  2. orxan says:

    men Azerbaycan Diller Un-de III kursda oxuyuram
    fakulte ingilis dilidir
    bundan elave alman ve fransiz dillerini de oyrenirem
    1)bilmek istyrem ki turkiyede magistraturaya nece imtahnsiz qebul edirler?
    2)men MBA uzre oxuya bilerem mi?
    3)tehsilimi xaricde dovlet hesabina veya hemin univ hesabina nece ala bilerem
    4)ingilis dili ixtisasina uygun magstr ixtisasi secmeliyemmi yoxsa istedyim fakulteni?yada iqtisadiyyatla elaqeli?

    • Admin says:

      Salam magistratura imtahani her bir ali mekteb uzre ayridir. Amma umumin siz mentiq ve Riyaziyyatdan imtahan vermelisiz.
      MBA uzre de oxuya bilersiz sadece siz baxmalisiz ki sizin sahe bu il ucun prioritetdirmi
      Yene de dediyim kimi dovlet hesabina da oxuya bilersiz. Hemcinin universitetde burs da ala bilersiz. Bu sizin bilik seviyyenizden asillidir.
      Siz sitediyiniz fakulteni sece bilersiniz.

  3. aga says:

    yuxarida qeyd edilibki texniki sahələr üzrə ən azı 70 bal, digər sahələr üzrə ən azı 80 bal toplanilmalidir,bu ne menani verir? Ixtisasa göre deyirler?

  4. cavid says:

    salam men 2ci kursda oxuyram gələn il toyfuldan imtahan verib eger qebul olsam dovlet hesabli oxumaqcun daha hansi senedleri isteyecekler

    • Admin says:

      Salam bu haqda bizim saytin bolmesinde butun melumatlar var baxa bilersiniz

  5. firdovsi says:

    SALAM MEN XARICDE TEHSIL ALMAQ ISTIYIREM.HAL HAZIRDA 11-CI SINIFDE OXUYURAM ALI MEKTEBE HAZIRLASIRAM ISTERDIM KI, XARICDE TEHSIL ALIM BUNUN UCUN MEN NE ETMELIYEM. IMTAHAN VERMELIYEM YOXSA YOX.

    • Admin says:

      Salam siz bir sira olkelerde tehsil ala bilersiz. Bunun ucun TOEFL IELT imtahani vermelisiniz. Amma bu imtahanlar olmadan KIprda Turkiyede de tehsil almaq imkaniniz var tekce Atestala ve ya TQDK dan topladiginiz ballarla.

      • esnad says:

        tamam onda atestatla yalniz turkiyede tehsil almaq olar? tek atestat lazimdi? basqa hansi senedler lazimdi? indiden cavabcun tesekurler

  6. Narin says:

    Men bu il 11-ci sinifde oxuyuram rus bolmesinde ve isteyirem turkiyeye sened vermek..ixtisas secimim 2-ci qrupdu..olar ki burda 2-ci qrupa imtahan verim ve hemin balnan Kipra qebul olum? Birde bilmek isterdim Kipre qebul olmaq ucun nece bal yiqmaliyam ve tehsil odenisli olur?

    • Admin says:

      Salam siz Kiprda tehsil almaq ucun 200- 250 baldan yuxari netice gostermelisiniz

  7. Cavidan says:

    salam men xaricde ( teqriben pribaltika olkelerinin 1 `de) tehsil almaq isteirem, ama oz hesabima yox dovledtin hesabina, bunu uchun ne lazimdi? hal hazirda 11`de oxuyuram, gedib orda vere bilerem imtahani yoxsa burda qebulda yigdigim bal lazimdi?

    • Admin says:

      Salam siz TOEFL ya da IELTS imtahani vermelisiniz. Hemin imtahani burda Bakida verib neticeleri elde etdikden sonra hemin istediyiniz universitete gondermelisiniz. Siz bu sahede yeqin bir az gecikmisiniz. Dovlet proqrami uzre tehsil almaq isteyirsinizse o zaman iyun ayindan senedlerinizi vere bilersiz Tehsil Nazirliyine. Bu haqda etrafli melumat telebe.az da var

  8. aysel says:

    men magistraturanin 1ci merhelesinden 72bal toplamisam…ixtisasim kimyadi…tehsilimi turkiyede davam etdirmek ucun senedlerimi verecem..burada imtahan olacaq??ve olsa ixtisasimdan olacaq??

    • Admin says:

      Salam imtahanlar artiq olub siz indi bir basha olaraq universitetlere muraciet ede bilersiniz. Onlarin bezileri haqda telebe.az da melumat var

  9. Nigar says:

    Salam,men iyun ayinda internani bitirirem,tehsilimi Turkiyede davam etdirmek isteyirem.Tibb sahesinde de imtahansiz qebul var yoxsa nece?Eger ordaki universitetden devet almish olsaq dovlet programina nece dushmek olar ve kime muraciet etmeli? Hansi tarixe kimi muraciet kecherlidir?Evvelceden Teshekkurler

    • Admin says:

      Salam siz tibb sahesi uzre tehsil almaq isteyirsinizse SAT imtahani vermelisiniz. Bu haqda saytin ana sehifesinde melumat tapa bilersiz. Imtahansiz Turkiyede tibb sahesi uzre oxumaq cetin meseledir. Dovlet proqramina geldikde ise siz artiq bir az gecikmisiz. Qebul gelen ayin 1 den bashlayir. Eger en azindan 20 gunun icinde universitete qebul olma senedlerini ve diger senedleri hazirlaya bilsez o zaman bu il Dovlet proqramina sened vere bilersiz. Proqram barede etrafli melumat da saytda var.

  10. Nigar says:

    Hormetli admin melumatiniz uchun teshekkurler ama men Azerbaycanda artiq tibb sahesi uzre tehsil almisham ve internani bitirirem(yeni tam olaraq ixtisasim da var) men dovlet proqrami cercivesinde tehsilimin davami olaraq turkiyede rezidentura oxumaq isteyirem.Sizin saytda oxudugum melumatlar icerisinde menim ixtisasimin da oldugunu gordum,men nece ve kime muraciet ede bilerem ki dovlet programi uzre rezidenturaya gonderilenlerin musabiqesinde ishtirek ede bilim? Ve hansi tarixe kimi? Etrafli melumat verdiyiniz uchun thanks,duzu hech gozlemirdim ki bizde de suallarimiza cavab tapa bileceyimiz bir sayt var.Teshekkurler

    P.S bildirmek isteyirem ki universiteti qirmizi diplomla bitirmishem

  11. ayka says:

    salam men diller universitetinin telebesiyem magistraturaya hazirlasmaq ucunilk evvel neden baslamaliyam

  12. nazli says:

    salam.men 10cu sinifde oxuyuram.turkiyede tibb uzre tehsil almaq isteyirem.tqdk.dan 600den yuxari bal toplamaqla devlet hesabina oxumaq olur?

    • Admin says:

      Salam Dovlet hesabina xaricde oxumaq cun ilk novbede xaricdeki universitete daxil olmalisiz. Ondan sonra nazirliye universitetden lazim olan senedleri gondermelisiniz. Saytin dovlet proqrami 2007 2015 proqrami bolmesinde bu haqda melumat var

  13. nigar says:

    salam.men bu il 11 ci sinifi qurtariram rus bolmesinde oxuyuram.ixtisas qrupum 2 ci qrupdu-iqtisadiyyat.turkiyede tehsil almaq isteyirem.burda ali mektebe imtahanda yuksek bal yigsam dovlet hesabina turkiyede oxuya bilerem?

  14. nazli says:

    hormetli admin,bes men SAT sertifikatimi alandan sonra?onda devlet herhansi birsey ede biler?birde SAT barede etrafli melumati hardan ala bilerem?evvelceden tewekkurler

  15. Mehri says:

    Salam bilmek isterdim Turkiyede master dovlet hesabina mumkundur ya yox. Men Baki Slavyan Universitetinin”rus dili ve edbiyyatin”bitirmishem menim ne qeder shansim var orda yeni Turkiyede master almaq onceden teshekkur

  16. Mehri says:

    Hamiya salam bilmek isterdim Turkiyede dovlet universitetlerinde masterler uchun illik ne qederdir xahish edirem sualimi cavablandirardiz fakulteler humanitar uzre olsun onceden teshekur

  17. salam men ATU da MP-da 5-ci kursda oxuyuram.tehsilimi Almaniyada davam etdirmek isteyirem dovlet hesabi ile.490 balla qebul olmuwam,orta qiymetlerle oxuyuram.nece komeklik ede bilersiniz?xahie edirem etrafli cavablandirin onceden tewekkur…..

  18. konul says:

    salam.tibb univerisitetinin 2-ci kurs,stomatologiya fakultesinde tehsil aliram.bu zamandan sonra men turkiyenin ve yaxudda bawqa xarici dovletin ali tehsil muesisesinde dovlet proqrami uzre tehsil ala bilerem?

  19. Rufat says:

    salam.men hal hazirda 3cu kursa kecirem ve sentyabr ayindan ielts kursuna baslayacam ve meqsedim indiden magistraturani xaricde oxumaqa hazirlasmaqdir.bilmek istiyerdimki,tutaqki men mene lazim olan 7ielts balini yigdim,ingilterede magistraturani dovlet hesabina oxuya bilerem?birde magistraturani dovlet hesabina xaricde oxumaq ucun bal heddi varmi?indiden tesekkurler

    • Admin says:

      Beli dovlet hesabina oxuya bilersiz. Xeyr bal heddi ancaq universitetlerde var yani siz birinci universitete qebul olmalisiniz ondan sonra hemin senedleri Dovlet proqramina teqdim etmelisiniz

  20. aynure says:

    salam men ukraniyada tehsil almaq isdirem.hemde ingilis dilinde .bilmek isdirem orda oxumaq ucun ukraniya dilide bilmeliyem??????hem men maliye fakultesini isdeyirem bu tehsil haqqi neceye olar??????cvab yazsaniz sevinerem tsk

  21. Cavad says:

    Men ADNA-nin Informatika ve Hesablama texnikasini bitirmisem. Men Dovlet Proqramina duse bilerem Turkiye universitetlerinden birine oz ixtisasim uzre daxil olsam?

  22. aynure says:

    bes men hara yaxinlasmaliyam?????zehmet olmasa deqiq melumat yazin tam etrafli.men hara gelib sizin sirketi tapa bilerem

  23. aynure says:

    birde men isdediyim fakultenin qiymetini diyerdiz zehmet olmasa.bes men neden imtahan versem pulsuz oxuya bilerem?????bu mumkundu???bes harda qalaciq ozuuzevmi tutaciq orda???????

  24. aynure says:

    sorusmaq ayib olmasin niye suallarima cvb yazmirsiz???yoxsa cox eziyyet verirem size????????men sizin cvbnizi gozluyurem

  25. Mira says:

    Salam.Diller 3cu kursu bitirdim..Turkiyede tehsil almaq isteyirem esasende Bogaziçi unide..Turkiyede dövlət hesabina master almaq olar ya yox?ne qeder şansim var?ve men tercumede oxuyuram hansi ixtisasi seçe bilerem?

  26. Akifa says:

    Salam. Men BDU alman dili fakultesine magistratura pillesine daxil olmusham, lakin tehsilimi Almaniyada davam etdirmek isteyirem . Bu barede men isterdim melumat alim

  27. kamran says:

    salam.men soruşmaq isterdim ki,təqaüd şərtlərini qəbul edib yerinə yetirməsəm,yəni 5 il azərbaycanda işləməsəm,nə olacaq?

  28. Yegana says:

    Salam.
    1.Dovlet programina ilin istenilen vaxtinda muraciet etmek olar?

  29. Sebine says:

    salam.bu il magistraturanim bitirdim. Xaricde doktorontura tehsili almaq ucun ne etmeliyem? Burada qebul olduqdan sonra xarici her hansi universitite bu proqramla gonderile bilerem?

  30. Suleyman Suleymanov says:

    Salam Admin. Menim bele 1 sualim var. Men Bakalavr tehsilim ingilisce olduguna universitet mene resmi setifikat ve mektub veribki esas fenleri ingilisce almisham. Bu senedler vasitesiyle TOEFL ve IELTS olmadan xarici universitet meni qebul edib.
    Menim sualim ondan ibaretdiki… Men Tehsil nazirliyinin teqaud proqramina bash vurmaq isteyirem. Senedlerimi vermek ucun getdikde mene dedilerki senin TOEFL ve ya IELTS-in olmalidi, bu olmadan qebul etmirik. Bir sozle senedlerimi qebul etmediler. Amma tehsil hazirliyinin saytinda qeyd edilibki bu iki sened movcud oldugu halda teleb olunur. Sizce tehsil nazirliyinden mene duz deyibler, yoxsa loru dilde desek meni yola veribler? Evvelceden teshekurler.

    • Admin says:

      Salam TOEFL ve ya İELTS dereceleri beynelxalq derecelerdir. Bu imthanalardan her hansi birninnin neticesi mutleq olmalidir.

  31. Məmməd says:

    salam.mən bu il AzTU.nu bitirirəm.ixtisas-Maşınqayırma.Türkiyədə dövlət hesabına təhsil üçün nece imtahan vermeliyəm? hansı proqram üzrə?mentiq ve riyaziyyatdan elave oz magistr imtahanimiza da girmeyim vacibdi? ve mutleq oz ixtisasima uygun sahede tehsil almaliyam yoxsa istenilen sahede ala bilerem?

    • Admin says:

      Siz istenilen sahede tehsil ala bilersiniz. IMtahanlara geldikde esasen riyaziyyat ve mentiqden imtahan vermelisiniz. Sonra da universitetde intervyudan kecmelisiniz. TQDK nin magistratura imtahanlarina girmek lazim deyil

  32. Elshad says:

    salam xaricde kompyuter sahesinde dovlet hesabina ve ya universitet hesabina nece tehsil almaq olar?

  33. nermin says:

    salam.turkiyede management oxumaq olar bunun ucun ne etmeliyem…

  34. sevinj says:

    Salam.siz qeyd etdiniz ki TQDK bali ile Simali Kiprde tehsil almaq olar.bu tehsil odenisli ve ya odenissiz olacaq? birdeki men artiq 2ci kursam bu menimcun de mumkundur?

  35. Ляман says:

    Salam.Men 11-ci sinife kecdim,ve ali ixtisasa hazirlashiram.Rus bolmesiyem 1 qrup.Litvada dovlet hesabina tehsil almaq isteyirem.Bildiyime gore bir musabiqeden kecmek lazimdir.Sizden xais edirem ki musabiqe haqqinda mene melumat veresiz.Musabiqenin shertleri nedir?ve minimum nece bal yigsam bu musabiqeye qatila bilerem?Qabaqcadan minnetdarligimi bildirirem.

  36. leyla says:

    salam cox sag olunki burada haminin sualini cvblandirirsiniz ve komek etmeye calisirsiniz. ALLAHDA sizin komeyiniz olsun.
    menim sualim beledi. men bir yerden maraqlanmisamki turkiyeye tehsilde yalniz atestat ve sexsiyyet vesiqesi lazimdi amaki bolgelerde olanlara yox en meshur universitetlere.ankara universitetine,hacettepeye ve otdu ye.qebul olandan sora ise yalniz 3000 manat odeyirsen.men bildiyime gore bu atestatla qebul yalniz bolgelerde olan zeif universitetleredi.men ne edim ora evvelden 500 manat beh vermeliyem verim yoxsa sehf melumatdi. hemide deyirler qebul olmamaq sohmeti yoxdu.cox xais edirem etrafli melumat verediniz.men ne edim???

  37. leyla says:

    salam. men sizden cox incidim.men yazdiqim suali nie cvblandirmadan silmisiz?sualim bele idiki atestatla turkiyenin hacettepe ve ya ankara universitetinde tehsil almaq olar yoxsa tekce eyaletlerde olan universitetlerde tehsil almaq olar?

    • Admin says:

      Sherhler silinmeyib. sadece suallar cox oldugundan cavablandırma bir qeder gecikib. Narahatciliga gore uzr isteyirik. Sualiniza cavab olaraq onu qeyd edek ki, siz bu universitetde atestat qiymeti ile de tehsil ala bilersiniz. Amma ola biler ki, sizden elave olaraq her hansi bir daxili imtahan teleb etsinler.

  38. Azad says:

    bakalavr pillesinde huquq uzre dovlet proqrami esasinda xaricde tehsil almaq mumkundur?

    • Admin says:

      Salam bu suala indi deqiq cavab vermek cetindir cunki bu il 2011 ci ilin qebulunda huquq ixtisasi yox idi. 2012 de hansi ixtisasa ustunluk verileceyini demek ise indiden cetindir.

  39. nermin says:

    salam eger prioritet ixtisasda oxumuramsa demek dovlet hesabina xaricde tehsil sansim yoxdu??siyahida beynelxalq munasibetler ixtisasi yoxdu ama ixtisasli kadrlara ehtiya var bildiyim qederile.onda dovlet hesabina tehsile umid etmeyim?

  40. samir says:

    salam men turkiyeyenin izmir iqdisad universitetine odenisli daxil olmaq ucun tqdk dan ne qeder bal yigmaliyam yoxsa ora daxil olmaq ucun basqa imtahan verirsen?? xais edirem odenisli kecid balin ve minumum odenisi deyesiniz cavab ucun indiden sag olun

  41. Sabir says:

    salam men musteqil shekilde universitete qebul olsam dovlet proqramina oxuya bilerem.tqdkda 474 bal yigmisham.birdeki burdaki universitetimn qiymetleri chox vacibdi?

  42. ilknur says:

    salam men aztu nun neqliyyat fakultesinde oxuyuram . magistri xaricde oxuyuya bilerem ( dovlet hesabi ).bir de . magistrde bashqa ixtisasnan oxuya bilerem ?

  43. Gulka says:

    Salam.Men ADIUnun 2ci kurs telebesiyem,Fakultem muhasibat ucotudur.Eger tehsilimi Turkiyede davam etdirmek isteyiremse,hansi proqramla imtahan vermeliyem?Qebul balimda 610dur.bu ne derecede tesir eliyer?

  44. Gulka says:

    Birde 1ci smestrde D ve E var qiymetlerimin icinde,bu da tesir ede biler?

  45. mubariz says:

    salam.mən 2012-de AzTU.nu bitirecem.ixtisas-proqramlasdirma.Ingilis dilli olkede dövlət hesabına təhsil üçün mentiq ve riyaziyyatdan elave oz magistr imtahanimiza da girmeyim vacibdi? ve mutleq oz ixtisasima uygun sahede tehsil almaliyam yoxsa istenilen sahede ala bilerem?

  46. EFSANE says:

    SALAM/MEN MAGISTURATURANI TWRKIYEDE OXUNAQ ISTEYIREM.AMMA TOEFL DERECEM YOXDU DOVLET HESABINA TEHSIL ALMAQ ISTESEM BU MUMKUNDU.

  47. Afag says:

    Salam men Ekologiya uzre Xaricde xususile de Ingiltere ve Amerika kimi olkelerde tehsil almag isteyirem.Eger Toefl netice
    mi teqdim edeceyim universitetler mene tesdiq ve devet mektubu gonderseler men hansi tarix intervalinda Nazirliye ne kimi senedlerle muraciet etmeliyem…Ve Xahis eleyirem ki MBA programi hagda aydin sekilde melumatlandirasiniz evvelceden tesekkurler..

  48. Afag says:

    Tebii ki dovlet xettiyle tehsil almag ucun.

  49. Aysel says:

    Salam.
    Men BDU-da biologiya ixtisasını bitirmişəm.
    Eyni zamanda 2011-ci ildə BDU-da magistratura pilləsini də bitirmişəm.Amma indi biologiyaya daxil olan başqa ixtisas üzrə xaricdə təhsil almaq istəyirəm.
    3.1.1 yarımbəndində qeyd olunanları nəzərə alsaq, bilmək istərdim ki, mən xaricdə 2-ci magistratura təhsili almaq istəsəm, dövlət məni maliyyələşdirərmi?
    Çünki mənim təhsil almaq istədiyim molekulyar biologiya və ya bioinformatika kimi ixtisaslar bizdə o qədər də yüksək səviyyədə deyil və onların ölkəmizdə inkişafına böyük ehtiyac var.
    Əvvəlcədən təşəkkürlər.

  50. mubariz says:

    MBA-de tehsil almaq ucun nelere malik olmaliyiq?

  51. Ceyhun says:

    salam,men 635 balla iqtisad universitetinin maliyye fakultesine daxil olmusham,2-ci kursdan dovlet proqram ile xarice gede bilerem? ve esas da yigdigim bala ve attestata(attestat qiymetlerim hamisi 5-dir) gore secimde hansisa ustunluk elde ede bilerem?mene nedense imtahan vermek lazim gelecek?

  52. ismayil says:

    salam men xaricde yani tukiyede tehsil almaq isteyirem dovley hesabina deyirsiz ki sadece Atestat saglamliq haqqinda arayish bir de xarici pasport lazimdi bes men bu senedleri hara teqdim etmeliyem

    • Admin says:

      Salam dovlet proqramina qebul olmaq ucun birinci universitete daxil olmalisiz sonra ise universitetden lazimi senedlerle birge Tehsil nazirliyine teqdim etmelisiz senedleri

  53. Leman says:

    salam men dovlet xetti ile turkiyed tehsil almaq isteyirem ama onun imtahanina hazirlasmaq ucun kurs tapa bilmirem cox xahis edirem mene bune hazirlasmaga gore bir yer meslehet gorerdiz cox xahis edirem cunki eger eziyyet deyilse hemin yerlerin unvanlarini da yazardiz.

  54. Afag says:

    Admin bey siz menim suallarimi niyese cavabsiz qoymusuz..yene de sag olun

  55. Turkan says:

    Salam men Diller Universitetinde 4-cu kurs ingilis dili fakultesinde oxuyuram/magistraturani xaricde oxumaq isteyirem /olar ki men yalniz TOEFL YA IELTS birine hazirlasim onlardan seviyye aldiqdan sonra her hansi bir olkeye sened verim yoxsa mutleq burda magistr imtahani verib ondan bal toplamaliyam sonrada bu bala muvafiq xarice vermeliyem? birde Turkiyede oz hesabima Toefl ya ielts verdikden sonra tehsili neceye basa gele biler?

    • Admin says:

      Salam yox burdaki magistr ballari demek olar ki hec bir olkede taninmir siz mutleq ya TOEFL ya IELTS ya da Turkiyede oxuyacaqsinizsa ALES imtahani vermelisiniz

  56. yawar says:

    turk silahli kuvvetlerinde ozel harekatci olmaqcun ne etmek hara baw vurmaq lazimdi xais olunur mene bu haqda melumat veresiniz

  57. NuRaNe says:

    slm.2-ci kurs tibb telebesiyem.Turkiyede bakalavr tehsilimi davam etdirmek isteyirem.TQDK balim 582 -di,odenisli tehsil aliram.BU halda dovlet proqramiyla tehsil mumkundu?

    • Admin says:

      Salam eger indiden bu suala cavab vermek cetindir cunki gelen il ucun prioritet ixtisaslar mueyyen olunmayib mueyyen olunarsa her hansi bir fikir soylemek olar. Ixtisaslar elan olunsa telebe.az da olacaq

  58. yawar says:

    noldu admin menim size verdiyim sual cox cetin oldu deyesen cavab vermediz

  59. İnci says:

    Salam. Men bakalavr ve magistraturani Azerbaycanda pulsuz bitirmishem. Turkiye universitetlerinden birinde pulsuz ikinci ali tehsil almagim mumkundur?

    • Admin says:

      Salam bunun ucun siz her hansi bir proqramdan (TOEFL, TQDK, IELTS) yukssek netice gostermelisiniz

  60. vasmoyski says:

    salam men bilmek istiyiremki sadece atestatla imtahansiz tehsil polis akademiyasi ucunde kecerlimidir ve kecerlidise hara baw vurmaq lazimdi?

  61. vasmoyski says:

    turkiyede polis akademiyasi

  62. asqin says:

    salam men 2ci qrupda tehsil aliram hele 1-ci kursa gedecem amma men Turkiyede tehsil almaq isteyirem TQDK balim 682-dir bu mene komek eleye biler yoxsa nese imtahan vermeliyem???ozumde turk,rus,ingilis dillerini serbest bilirem dovlet proqrami ile gedecm yoxsa odenis vasitesile xahis edirem cavab yazin indiden tesekkurler!!!!!

  63. EFSANE says:

    salam/sened qebulu ne zaman olacaq/oradaki universtite qebul olduqdan sonra yoxsa/bir sira denedleri onceden teqdim etmek lazimdi

  64. gulnar says:

    salam men 2ci kurs tələbəsiyəm riyaziyyat müəlliməsi oxuyuram.turkiyədə magisturatura oxumaq istəyirəm iqtisiyyat ya da maliyyə uzre oxumaya bilərəm? ve bunun uchun ne lazimdir?

  65. Azer says:

    salam/ men atestatla turkiyede tehsilimi davam etdirmek isteyirem bu barade haradan melumat alim ??

  66. vasmoyski says:

    sadece atestatla imtahansiz turkiyede POMEM-de (polis meslegi egitim merkezi) oxumaq olarmi?

  67. Gunay Recebova says:

    Salam.Men Çexiyada magistr pillesində təhsil almaq üçün harda ve hansı şertlərlə imtahan verə bilərəm

  68. Selcan says:

    salam.men bu il 11ci sinifde oxuyuram rus bolmesende.Turkiyede tibb universitetinde tehsil almaq isteyirem.bunun ucun ne etmek lazìmdì?

  69. lale says:

    salam.men BDU-da beynelxalq munasibet oxuyuram.magistr tehsilimi turkiyede bu ixtisas uzre dovlet hesabina almaq imkanim varmi?

  70. Akifa says:

    Salam men BDUnun alman dili filologiyasinda magistr tehsili aliram .. Alman dilli olkelerin birinde tehsilimi davam etdirmek isteyirem , lakin dovlet xetti ile.. eger mumkunse cavablandirin

  71. NuRaNe says:

    Slm.Tibb ixtisasi uzre dovlet programiyla Turkiyede bakalavr tehsili ucun TQDK-dan 600-den cox bal toplamaq lazimdi,yoxsa 550-den?

  72. NuRaNe says:

    bir de dovlet programi ucun senedler hansi ayda verilmelidir?

  73. Nurlan says:

    salam men ankara unverstedin de siyasal bilgiler fakultesi maliye bolumune bu il qebul olmusam hal hazirda ingilisceden hazirliq oxuyuram bilmek isderdim ki dovlet proqramina bas vura bilerem

  74. ADIGOZELOV TURAL says:

    salam mentehsilmi almanyada davam etdrmek isteyrem bunu dovlet hesabina davam etdrmek istirem bununcun ne lazmdi hansi telebler ireli surulur zehmet ol,asa etrafli

  75. MAHMIDBEYLI says:

    Salam men xaricde ABS-da tehsil almaq isteirem SDU=nun Komputer muhendisliyinin 2ci kur telebesiyem ve bilmek isteyirem ki ingilis dilini bilmek mutleqdi ya yox. Xahis edirem cavvab yazin,indiden twk.

  76. ayka says:

    salam men diller universitetinin 4 cu kurs telebesiyem ixtisasim ingilis dilidir, norvecde dovlet proqrami ile tehsil aliram bu il teqdim olunan prioritetlerin icerisinde ixtisasima uygun hecne yoxdu indi bilmek isteyirem ki bu il men qebul ola bilmerem?

  77. ayten says:

    salam.men bdu nun 4cu kurs telebesiyem.xaricde magistraturaya qebul olmag ucun burda magistratura imtahani vermeliyem?

  78. gulya says:

    salam.men ATUnun Tibbi profilaaktika fakultesinde oxuyuram.tehsil sistemi 5 illikdir.bu il bitirirem. bilmek isterdim xarici olkede rezidentura tehsili ala bileremmi amma istediyim ixtisasa gore.tebiiki toefl bitirdikden sonra?

  79. gulya says:

    cavab ucun tesekkurler

  80. Adonis says:

    Salam.Men Azerbaycan Dovlet Medeniyyet ve Incesenet universitetinin 4 kurs telebesiyem.Rejissorluq faklutesinde tehsil aliram.Men Turkiyede magistr tehsili ala bileremmi dovlet hesabina,Istanbul guzel sanatlar unversitesi ve marmara unversitesinde de bizim fakulte tedris olunur.Bu universitetlerin her hansi birinde,sinema -televizyon bolumu!Xahis edirem eyer mumukunse cavablandirin menim sualimi!!!

    • Admin says:

      Salam beli mumkundur. Sizin dediyini ixtisaslar uzre bir sira fakulteler var. Amma bir mesele var ki hele ki melum deyil ki Dovlet proqraminda bu ixtisas prioritet olacaq ya yox. Eger olsa problem olmayacaq yox eger olmasa o zaman problem yarana biler sizin dovlet hesabina tehsil almanizda. Amma eger TOEFL IELTS den yuksek bal toplasaniz ya da TQDK imtahanindan bu zaman da pulsuz tehsil almaq imkaniniz olacaq

  81. vasmoyski says:

    sadece atestatla imtahana girmeden turkiyede POMEM-de (polis meslegi egitim merkezi) oxumaq olar?

  82. Nurlan says:

    sayın admın cavab vermedınız sıyasal bılgıler fakultesı malıye bolumu 1 kurs olduquna daır bır sened getırse dovlet proqramında ıstırak ede b ıler ya yox xaıs edırem cavablandırasuz

  83. Nurlan says:

    bırde bılmek ısderdım menım bır dosdum anakara tıbde oxuyur o da bu musabıqede ıstırak ede bıler(dovlet proqramında)ve ıstırak etmesı ucun hansı senedler lazımdı

  84. gunay says:

    salam.men orta mektebde oxuyuram tehsilimi russiya federasiyasinda davam etmek istiyirem.mene moskvada universiteta girmeye gore komek ede bilersiz?yani hara muraciyet elemeliyem?

  85. Hecer says:

    evvela salam,men ADNA-sinda tehsil aliram,ixtisasim kimya muhendisidir,hal hazirda 1.kurs telebesiyem men tehsilimi xaricde davam etdirmek isteyirem dovlet hesabina bunun ucun ne etmeliyem?

  86. Hecer says:

    menim sualima cavab veren tapilsa sevinerem

  87. elnur says:

    Salam.xahis edirem zehmet olmasa suallarima cavab yazin.xarici olkenin universitetine toefla senedleri gondererken Azerbaycanda oxudugum universitetin qiymetlerine fikir verilir?

  88. elnur says:

    hem de Turkiye universitetlerinde TOEFL-la bakalavr tehsili almaq olar?meselen Istanbul universiteti.cox xahis edirem cavab yazin

  89. sedef says:

    Salam bilmek isteyerdim dovlet hesabina xaricde magistr tehsili almaq ucun TQDKnin kecirdiyi qebul imtaahanindan en azi ne qeder bal toplamaq lazimdir?

  90. Emil says:

    Salam . Men BDU-nu bakalavr pillesi uzre qutarmisham . Almaniyaya magistra daxil olmusham ve teqaud programinda ishtirak etmek isteyirem. Men teqaud programinda ishtirak ucun Azerbaycanda da magistra daxil olmaliyam ???

  91. Emil says:

    Cox xaiw edirem sualimi cavablandirasiz ADMIN…

  92. Cemile says:

    Salam.Mən hal hazırda 11 ci sinif tələbəsiyəm Trda oxumaq üçün mentiqden bide riyaziyyatdan imtahan vermeliyem ama bu imtahani vermek ücün gerek Turkiyeye gedem. men ise burda imtahan verib qebul olub olmadigimi oyrenmek isteyirem bu mumkundur? birde imtahan hacandir? bu haqqda melumet vererdiz xaish edirem.

  93. Turkan says:

    Salam. Bilmek isterdim ki, dovlet proqrami ile huquqshunas kimi xaricde nece tehsil almaq olar?
    Onceden teshekkurler .

    • elnur says:

      Salam Turkan xanim.Xeyr huquq ve iqtisadiyyat uzre dovlet proqramiyla tehsil ala bilmersiz.Bu ixtisaslar uzre dovlet terefinden vesait ayrilmir

  94. teymur huseynov says:

    salam.men TOEFL(90) dan derecem var ve ixtisasimda profildi.hal hazirda 3-kursda oxuyuram.magistr pillesi ucun oxumaq istiyirem.sadece problem ondadiki menim 1-kursun 1 semestrde bir nece fenden 3 um var.qalanlari 4-5 qiymetdi.birde ATTESTAD qiymetlerinin burda menim ucun ne kimi rolu var?xaiw edirem cvb yazin bu menim ucun cox vacibdi.men tequdu elde elde bilecem?

  95. Gullu says:

    Salam. Mən Azərbaycan Dillər Universitetinde,Filologiya (İngilis dili üzrə) fakultəsində (3-cü kursda) təhsil alıram. Magistraturanı İngiltərədə oxumaq istəyirəm.Bilmək istəyirəm ki, filologiyanı bitirib başqa bir ixtisas seçə bilərəmmi? Əgər seçə bilərəmsə, bunun üçün əlavə imtahan verməliyəmmi?
    Dovlət proqramına hansı ixtisaslar daxildi?
    Bəs masteri Türkiyədə oxuya bilmək üçün hansı imtahan verməliyəm? Türkiyədə master oxumaq üçün humanitar fənlər üçün Dövlət proqramı varmı?

  96. suleyman says:

    salam men bilmek isterdim turkiyede qebul olmaq ucun atessdatdan baska imtahan verejiy bide hansi fenlerden xais edirem biraz tez cavab veresiz

  97. Kamran says:

    salam.men isterdim bilmek,siz yaponiyaya da telebeleri gondere bilersiz?mene hem memarliq hem de ressamligha aid ixtisaslar maraqlandirir.

  98. Qenber says:

    Salam,men bu il 2-ci kursda oxuyuram ve xaricde dovlet hesabina magistr oxumaq isteyirem ve ixtisasim da Dunya iqtisadiyyati-di,men hardan oyrene bilerem ki bu ixtisas uzre dovlet hesabina tehsil var ve birde imtahansiz tekce turkiyede magistr etmek olur??

  99. ELVİN says:

    salam men turkiyede 4.kursda oxuyuram…magistr oxumagi fikirlesirem men YÖS imtahanı ile qebul olmusdum indi istyrem TCS ye keçerek magistri devam eliyim nece elemek olar?…

  100. nesrin says:

    salam.men bakidas musiqi mektebini bitirmisem,11sinifde oxuyuram,turkiyede konservatoriyaya qebul olunmaq ucun ne edmeliyem?xarici pasportum yoxdur,yashim 17.coxsaqol

  101. Uzdana says:

    Salam.Mən tarix uzrə(türkologiya) xarixdə magistr oxumaq istəyirəm. bu ixtisas üzrə dövlət hesabına oxumaq mümkündürmü? bir də yuxarıda universitetdən burs almaq haqqında oxudum. zəhmət olmasa izah edin ki, bu necə olur?

  102. Fehmin says:

    salam,men turkiye tib dovlet tib universtetine nece qebul ola bilerem?

  103. Ceyhun says:

    salam ! men BDU-da kimya fakultesnin 3 kurs telebesiyem . Universitete 448balla qebul olunmusham. Bilmek isteyerdim 4-cu kursumu dovlet hesabina xaricde devam etmek mumkundurmu . ve eger mumkundurse bunun ucun hansi senedler lazimdir ?

  104. efran says:

    slm men dovlet hesabina rusiyada magistr tehsili almaq isteyirem..bunun ucun ne etmeliyem…indiden cio sag olun..

  105. efendi says:

    salam kiprde imtahansiz tehsil almaq olarmi olsada nece olar

  106. efendi says:

    salam simali kiprda imtahansiz tehsil mumkundu mumkunse nece

    • Admin says:

      Salam bunun ucun sadece Atestat teleb olunur. IStenilen Kipr universiteti bu qebulu heyata kecirir

  107. emin says:

    men 11-ci sinifini qurtarib turkiyede tehsil almaq isteyirem

  108. Amil says:

    Salam. Yuxarida yazilib ki, hemin xarici ali tehsil ocaginin dilini bilmelidir. Turkiyenin boyuk universitetlerinde fakultelerin ekseriyeti esasen ingilis dilindedir. Yeni qebul olmaq ucun mutleq ingilis dilini buradan oyrenib getmek lazimdir? Mesele burasindadir ki, sozugeden universitetler ozu 1 il ingilis dilinde hazirliq kursu kecmeye hazirdir. Sualim beledir: Bizim dovlet xettinde gedib ingilis dilini orada oyrenmek ucun serait yaradilirmi? Bu sualla bir cox yere muraciet etmisem. Amma hec bir yerden deqiq cavab demiyibler. Xahis eliyirem eger melumati olan varsa zehmet olmasa melumat verin. Bir de butun bunlar ucun Attestat qiymetleri deqiq nece olmalidir?

  109. Elxan Salmanov says:

    salam.eger menim xarici universitetden qebul mesaji almisamsa men dovlet proqramina dusmek ucun tqdk imtahanina girmeliyem? cox sagolun

  110. Vusale says:

    salam.men bdu biologiya fakultesinde tehsil aliram.turkiyede dovlet hesabli magistr tehsili ala bileremmi? bunun ucun hansi sertler var?

  111. pervin says:

    Turkiye Unverstetlerine nece fenden imtahanlar olacaq?

  112. BALOGLAN says:

    TURKIYEUE qebul bakinin harasinda kecirilecek

  113. Ayla says:

    salam, mən Huquq fakultəsində oxuyuram, magistraturanı Turkiyədə oxumaq istəyirəm. Bunun üçün Azərbaycanda imtahan verməliyəm, yoxsa Turkiyədə. Əgər Azərbaycanda imtahan verməli olsam, topladigim balla, Turkiyədə istədiyim unversiteti seçə biləcəm. birdəki türkiyədə qiyabi magistr təhsili var..?

  114. orxan says:

    salam.bilmek isteyerdim eger turkiyeye imtahan verdikden sora qebul olmasam bizim universitetlere imtahan vere bilerem?

  115. Lamiya says:

    Salam ADMİN mene turkiye universitetleride doktorantura ile bagli melumatlar lazimdi. men bu il burada magistraturani bitirirem orda doktorantura tehsili nece ala bilerem hansi universitetlerde hansi wertler teleb olunur qebul vaxtlari ne vaxtdi ve s vacib wertler cox cox xaiw edirem bu barede mene melumat gonderin cox vacibdir xaiw..

  116. Turkan says:

    Salam gələn il universiteti bitirəcəm Türkiyədə magistraturaya necə sənəd verə bilərəm dövlət hesablı oxumaq üçün hansı imtahanları verməliyəm

  117. neftyanik says:

    Salam admin.men neft akademiyasini bitirmisem 2007 ci ilde/ amma yeniden turkiyede tehsil almaq isdeyirem.ankara yada istanbul univirsitetlerinde tehsil ala bileremmi? yeni o univirsitetlere bakalavr yada magistr imtahansiz qebul varmi? onceden tewekkur

  118. Aysel says:

    Salam men magistrarurani xaricde oxumaq isteyirem bilmek isteyirem imtahanlar ne vaxt kecirilir coxsagolun

  119. Qendab says:

    Salam. toefl ve ielts proqramlarina imtahanlari hal hazirda 11ci snfde oxuyan sagirdler vere biler??ve onlar ne vaxt kecirilir?buu hardan oyrenmek olar?…evvelceden tesekkur.

  120. Vusala says:

    Salam..ilk novbede size tesekkurumu bildirirem.menim bir nece suallarim olacaq.Xaish edirem komek olasiniz…Men hal hazirda Chin Tibb Universitetinde Dovlet hesabina tehsil aliram. 2013 ilinde tahsilimi basa vururam..ve sualim bundan ibaretdir ki a)rezidentura oxumaq uchun Turkiyye dovletinde davam etmek isteyirem (bunun uchun ne etmek lazimdir) b)universitete daxil imtahanlarini bakidanda vermek olar mi??? c)imtahansiz qebul olmaq olar mi??? d)dovlet hesabina oxuya bilerem mi?….Onceden tesekkurler hormetle Vusale xanim

  121. Rasul says:

    Men 10cu sinifi bitirirem..SAT 1 imtahanindan 1000baldan yuxari yigmaqla Turkiyede pulsuz tehsil almaq mumkundur? birda SAT 1 dovlet proqrami ilede yoxsa wexsi odeniw olunur?indide tesekkurler

  122. hidayet says:

    salam.men Naxcivan Dovlet Universitetinin Fransiz dili ixtisasi uzre bakalavr ve magistr merhelelerini ferqlenme ile bitirmisem.xatirladim ki NDU da Fransiz dili ixtisasindaki dersler Fransanin Strasburqdaki MARC BLOCHE universitetinin proqrami esasinda kecirilir.size sualim
    1)men master 2 ni nece burs alaraq Fransada oxuya bilerem?
    2) bu alinmazssa en azindan Fransada 3 ve ya 6 ayliq dil kursu nece kece bilerem,bunun ucun burs almaq mumkundurmu?
    evvelceden derin tesekkurumu bildirirem

  123. Necef says:

    Salam. Universitete daxil olduqdan sonra Tehsil Nazirliyine hansi senedler teqdim etmeliyem?

  124. Sabina says:

    Salam..Men 11 ci sinifi bitirirem…ve Xaricde oxumag istiyirem dovlet hesabina Tibb uzre….YALNIZ SAT IMTAHANI VERMELIYEM???hansi senedler lazimdi?

  125. Vasif says:

    SAlam men AzMIU 3 cu kurs telebesiyem magisturaturani Turkiyede oxumaq isteyirem dil bilmek vacibdi ?ve hansi seviyyede bilmeliyem ?

  126. vaqif says:

    salam men bimek isteyirdim ki, xaricde yeni Kiprde tehsil almaq istesem orda tehsil haqqi neqeder olacaq ve hemin tehsil qiymetine yataqxana, yemek daxil olacaq yoxsa yox. Mumkunse mene bu haqda melumat vererdiniz. Cox xahish edirem mumkunse biraz tez yazardiniz cavabi.

  127. SEBINE says:

    SALAM.MEN MAGISTRATURANI BITIRIREM.DOVLET HESABINA XARICE DOKTORANTURA TEHSILI UCUN HANSI SERTLER LAZIMDIR?

  128. SEBINE says:

    DOKTORANTURA XARICDE TEHSIL DOVLET PROQRAMI UZRE HANSI SHERTLER IRELI SURULUR ?

  129. SEBINE says:

    TESEKKUR EDIREM

  130. AYDIN says:

    SALAM FHN YA IMTAHAN VERENDE HANSI SENEDLER LAZIMDIR

  131. Mehman says:

    men sonuncu kurs telebesiyem,senaye muhendisliyi oxuyuram,men bu adli bolumde xaricde tehsil almaq isteyirem,qebul da almisam,dovlet meni destekliyecek?

  132. nurlan says:

    salam men tqdk-dan 513 bal yığandan sonra kipre geldim.Hal hazırda may ayında 1-ci kursu bitirirem ve ielts sertifkatınıda almışam .Başqa üniverstete perevot olmaq isteyirem ve dövlet hesabına oxumaq isteyirem,bu mümkündür?

  133. Nubar says:

    Salam. men ingilis dili uzre bakalavr ve magistr derecesi almisam. amma indi turizm sahesinde xaricde magistr almaq isteyirem. sizce men dovlet proqrami hesabina xaricde tehsil ala bilerem?

  134. arzu says:

    eger suallara cavab varmirsinizse sayti niye acmisiniz????????

  135. arzu says:

    eger suallara cavab varmirsinizse sayti niye acmisiniz????????

  136. arzu says:

    eger suallara cavab varmirsinizse sayti niye acmisiniz????????

  137. arzu says:

    eger suallara cavab varmirsinizse sayti niye acmisiniz????????

  138. arzu says:

    eger suallara cavab varmirsinizse sayti niye acmisiniz????????

  139. arzu says:

    eger suallara cavab varmirsinizse sayti niye acmisiniz????????

  140. arzu says:

    eger suallara cavab varmirsinizse sayti niye acmisiniz????????

  141. Samir says:

    Salam.
    2.3 bəndinin d) variantında qeyd olunmuş “(mövcud olduğu halda)” ifadəsi nə anlam daşıyır? Yəni, universitetə qəbul olmusansa və qəbul kağızını notarial qaydada tərcümə və təsdiq etmisənsə, bu sertifikatı verməyə də bilərsən, ya yox?

  142. Edhem Lachinov says:

    Turkiyyede tehsil haqqinda maraqlaniram.Zehmet olmasa mene Turkiyeye tehsil ucun nece imtahan vere bileceyimi deyerdiniz.

  143. nigar says:

    salam men Turkiye de senet qebulu haqinda maraqlaniram hansi senetler teleb olunur ve hansi imtahanlar dusur

  144. nurana says:

    salam men halhazirda orta ixtisas mektebinde qiyabi tehsil aliram.turkiyenin kirp universitetinde tehsil almag isteyirem bunun ucun ne etmeliyem?universitete gebulda yas mehdudiyyeti varmi?

  145. turan says:

    salam adim Turan men ingilis dili ve kampyuter uzre kursa gedirem amma xaricde turkiyede tehsil almaq isteyirem atestatda 3 4 5 qiymetlerim var odenisli nece oxuya bilerem xais edirem mene cavab yazin izmir ve erzurum universtetleri cox xosuma gelir odenisli orda dovlet hesabina oxuya bilerem???

  146. meri says:

    hacettepe universitetinin illik odenisi ne qederdir?

 
 

Şərh yaz

 




 
 

NİYƏ?

Yeni komentlər barədə məni mail vasitəsi ilə xəbərdar edin. Siz həmçinin saytın özünə də subscribe abunə ola bilərsiniz.