Home » Elanlar »

Polis Akademiyasına sənəd qəbulu başlayıb

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 2011-2012-ci tədris ili üçün Polis Akademiyasına əyani təhsil üzrə müdavimlərin qəbulunu elan edib. Modern.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
DİN-in Polis Akademiyasına qəbula namizədlər – Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi hərbi komissarlıqda qeydiyyatda olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli 16 yaşdan 18 yaşadək Azərbaycan Respublikasının vətəndaşları (abituriyentlər) sırasından seçilirlər.

Abituriyentlər fiziki hazırlıq, xüsusi-həkim və seçmə komissiyalarında DİN tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma  – 6 dəfə; qaçış – 100 metr məsafəyə – 15 saniyə və 1000 metr məsafəyə – 4 dəqiqə; qolların üzərində bədənin döşəmədən qaldırıb-endirilməsi – 18 dəfə; gövdənin döşəmədən qaldırılıb-endirilməsi – 18 dəfə).

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı qəbul imtahanlarında iştirak etmələri üçün  Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilir.
İmtahanlar test üsulu ilə 3-cü qrup fənləri üzrə Azərbaycan və rus dillərində, tədris isə yalnız azərbaycan dilində keçirilir.

Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə Komissiyanın internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanlarını izləməlidirlər.

Polis Akademiyasına qəbul olunmuş abituriyentlər dövlət hesabına yeməklə, geyim forması və yataqxana ilə təmin edilirlər. Təhsil müddəti 5 ildir.

Məzunlara “hüquqşünas” ixtisası və “polis leytenantı” xüsusi rütbəsi verilərək daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2011-ci ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən abituriyentlər Polis Akademiyasına qəbul edilmirlər.

Polis Akademiyasına qəbul üçün yaşayış yeri üzrə Bakı şəhərində qeydiyyatda olan abituriyentlər Daxili İşlər Nazirliyinə (Bakı ş. Azərbaycan prospekti 7), respublikanın digər şəhər və rayonlarında qeydiyyatda olan abituriyentlər ərazi polis idarə və şöbələrinə aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti)*;

təhsil müəssisəsinin buraxılış sinifində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya orta təhsil haqqında sənəd (attestat);

yaşayış yeri üzrə poliklinikadan DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;

* – bu sənədlərin surəti notarial qaydada təsdiq olunmalıdır.

çağırış məntəqəsinə təhkim edilmə vəsiqəsi (əsli və surəti)*;

təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;

9×12 sm ölçüdə 2 ədəd, 4×6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda);

Ərizə və sənədlərin qəbulu mart ayının 1-dən aprel ayının 20-dək olan müddətdə (şənbə, bazar və bayram günlərindən başqa) hər gün saat 1000-dan  1700-dək həyata keçiriləcəkdir. Məlumat üçün əlaqə telefonları: (012)-590-97-76, (012)-590-99-47.

Oxunma sayı:2462
 
 
 

22 Şərh

  1. Türkan says:

    polis akademiyasına qızlar götürülür?

  2. bayram says:

    polis akademiyasina qebul olub napravleniyadan russiada oxusan fizikinormativ ve medkomisiyadan havax kecmek lazimdir?

  3. Ramil says:

    yaşı 18-den yuxarı olanlar polis akademiyasina sened verib oxuya bilmezler

  4. Mikayil says:

    2010-cu ilde en asagi nece balnan daxil oldular?

  5. azer says:

    minumum qebul bali ne qeder olmalidir?

  6. huseyn says:

    Men artiq senedlerimi yigmaga baslamaliyam yoxsa martin 1-den baslayim?

  7. Fuad says:

    iqtisadiyyat universtetinin maliye wobesini bitirmiw polis serjanti DIN nin terkibinde olan maliye wobesine iwe duzelmesi haqqinda hansi senedleri tertib etmelidir?

  8. Hesen says:

    salam polis akdemiyasina mutleq atestat lazimdir?

  9. xelil says:

    men naxcivanin qeydiyatindayam ora getmeden senedlerimi nece yiga bilerem?

  10. Yusifli Kənan says:

    əgər polis akademiyasına qebul ola bilməsəm(yəni keçid balını yığa bilməsəm) sənədlərimi başqa yerə verə bilərəm?

  11. nuray says:

    salam polis akademiyasina daxil olmaq isteyen qizlara qabiliyyet imtahanindan kecmek lazimdi? zehmet olmasa sualimi cavablandirardiz. tesekkurler.

  12. Anar Huseynov says:

    xahis edirem bu ilin kecid bali deye bilersiz? qabiliyyeti 100% kececem cetinliyim imtahandi bunu bilmek ve komeklik isterdim tesekurrler!

  13. Natiqe says:

    slm sizden artiq derecede xahis edirem…. qizlar vere bilermi?… ve mutleq qabiliyyetdden kecmek lazimdimi??….

  14. xelil says:

    ADMIN NIYE GEC CAVABLANDIRISAB SUALLARIMIZI?

  15. aslan says:

    men kecen il atestat imtahanindan kesildim inwallah bu il alacam.polis akademiyasina sened vermek isteyirem.bu il nece vere bilerem?

  16. Elgun says:

    Menim 26 yasim var nece polisde serjant isleye bilerem,.hansi narmativleri ve hansi senedleri qebul etmek lazimdir,.zehmet olmasa suali cavabini tez cavablandirin

  17. BEHRUZ says:

    2012 CI IL MEZUNLARI UCUN SENED QEBULU NE VAXTA QEDERDIR

  18. Elmeddin says:

    axrinci qebul bali nece olub?

 
 

Şərh yaz

 




 
 

NİYƏ?

Yeni komentlər barədə məni mail vasitəsi ilə xəbərdar edin. Siz həmçinin saytın özünə də subscribe abunə ola bilərsiniz.