Dövlət Proqramında iştirak qaydaları haqqında məlumat

 

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2008-ci il tarixli, 128 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları”na uyğun olaraq həyata keçirilir.

Bu Qaydalar xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim meyarlarını və prosedurlarını müəyyən edir. Dövlət Proqramına uyğun olaraq ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından prioritet sahələrdə tələb olunan ixtisaslar üzrə nüfuzlu xarici təhsil ocaqlarında təhsil alacaq gənclər bakalavr pilləsi üzrə 29 yaşınadək, magistratura, rezidentura və doktorantura pillələri üzrə isə 35 yaşınadək olan və “Seçim Qaydaları”nın 2.1 bəndində əks olunmuş tələblərə cavab verən Azərbaycan vətəndaşları sırasından 2 yolla seçilir.

- Sənədlərin Təhsil Nazirliyinə təqdim edilməsi Təhsil Nazirliyi tərəfindən ayrı-ayrı ölkələr üçün elan olunmuş və xarici ekspertlərin iştirakı ilə təşkil olunan müsabiqələr çərçivəsində həyata keçirilir.

- “Seçim qaydaları”nın 2.1.3. bəndinə uyğun olaraq təsdiq olunmuş prioritet ixtisaslar üzrə xarici ali təhsil müəssisələrinə özləri qəbul olanlar da Təhsil Nazirliyinə müvafiq sənədlərlə müraciət edə bilərlər. Bu zaman təhsil üçün nəzərdə tutulmuş təhsil müəssisəsi və ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2008-ci il tarixli, 204s və 12 yanvar 2009-cu il tarixli, 7 s Sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na və “Azərbaycan gənclərinin xaricdə təhsil almaları üzrə prioritet sahə, ixtisas və proqramların siyahısı”na uyğun olaraq seçilməlidir. Bu halda xaricdə təhsil almaq iddiasında olan şəxs seçim qaydalarında əks olunmuş sənədlərlə Təhsil Nazirliyinə müraciət edə bilər.

“Seçim qaydaları”nın 1.5 bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi hər il xarici ölkələrdə təhsil almaq müddətlərini müəyyən edir, sənədlərin qəbulunu həyata keçirir və bu barədə rəsmi nəşrlərdə və internetdə məlumatlar çap etdirir.

Eyni zamanda, yuxarıda qeyd olunan “Seçim qaydaları”na əsasən Gənclərin xaricdə təhsillə bağlı bütün xərcləri – vizaların və qəbul edən ölkədə onların qeydiyyata alınması, yaşayış, gündəlik qida, minimum zəruri tədris ədəbiyyatı ilə təminat, tibbi sığorta, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərclərinin ödənilməsi (təşkilati xərclər daxil olmaqla) dövlət tərəfindən həyata keçirilir. Tələblərin təhsili ilə bağlı bütün xərclərin məbləği hər bir ölkə və ali təhsil müəssisəsi üzrə onun və ya tərəfdaş təşkilatın rəsmi təqdim etdiyi sənədlər əsasında ayrı-ayrılıqda Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hesablanır və təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

Oxunma sayı:1954
 

Oxşar xəbər

  • No Related Posts
 
 

17 Şərh

  1. Tuncay says:

    salam,men cox sevinirem ki,sizin vasitenizle operativ melumatlar ala bilirem-tesekkurler!Bilmek isteyirdim ki, Avstriyada yalniz alman dilinde tehsil almaq olar,yoxsa ingilis dili de kecerlidir?Men TOEFL IBT imtahan neticemi o olkeye gonderdim ETS-nin oz siyahisindan secerek,ancaq deqiq bilmek isterdim ingilizce tehsil almaq mumkundurmu?

    • nurlan says:

      salam.men bilmek isterdim ki, dovlet proqrami ile gonderilen telebelerin seciminde hansi ustunlukleri olan sagird xaricde tehsili devlet hesabina alir, 10 cu sinifde oxuyuram indiden hansi ugurlari qazansam gelen il tehsil nazirliyi terefden secilerem.?

  2. konka says:

    Salam.men bir weyi bilmek isterdim.men 3cu kursa kecirem amma isterdim ki,tehsilimi ya Rusiya ya da Amerikada davam etdirim.bunu nece etmeliyem ve ya mumkundur mu?

    • Admin says:

      Salam Rusiyada davam etdirmek bir az daha asnadir bunun ucun siz bir basha Rusiyada oxumaq isteydiyiniz universitete muraciet etmelisiniz. Sizin akademik gostericileriniz ve oz bacariqlariniz nezere alinaraq ora kocurme ala bilersiniz. Amma Amerikada tehsil almaq ucun siz ilk novbede TOEFL imtahani vermelisiniz. Bundan sonra artiq universitet secmeli ve ora muraciet etmelisiniz

  3. elnur says:

    salam.. men 3cu kursda oxuyuram.. magistrimi xaricde oxumaq isteyirem.. qebulda yigdigim bal 450di.. bu bal ile dovlet xetti ile getmek mumkundurmu? ixtisasim AZMIU universitetinde menecmentdir,, bu ixtisasa uygun..AVROPADAnin hansi uiversitetin meslehet gorersiz? ozellikle ALMANIYA ve ya INGILTERE….

    • Admin says:

      Salam biz artiq bir nece defe bu suala cavab vermishik. sherhleri oxusaniz melumat ala bilerdiniz. Amma yene de qeyd edirik ki TQDk bali yalniz Turkiyeye imtahanlarda rol oynayir. Qalan olkleredeki imtahanlar ucun ya TOEFL ya DAAD ya diger imtahanlari verib. Neticleri esasinda her hansi bir universitete daxil olub. Ondan sonra hemin universitetin senedlerini dovlet proqramina teqdim etmek lazimdir.

  4. Vefa says:

    Salam, men ikinci ali tehsil almaq isteyirem, SAT proqrami ile dovlet xetti ile gede bileremmi?

  5. nurlan says:

    salam.men baki ozel turk liseyinin 10 cu sinifinde oxuyuram.xaricde tehsil ucun IELTS imtahanina hazirlasiram.xaricde tehsili devlet xetti ile almam ucun hansi ustunluklerim olmalidir ?Devlet proqrami ile gonderilen telebelerin arasinda olmam icin ne etmeliyem?

  6. Qazanfar says:

    Salam. Men kollec bitirmisem. Isteyirem dovlet proqraminda istirak edib xaricde (ilk defe oaraq) Ali tehsil alim. Ozum Avtomatlasdirilmis Sistemlerin ve Helablama Texnikasinin sevisi ve istismari fakultesini bitirmisem amma Informasiya texnologiyalari uzre oxumaq isteyirem.

    Bir de saytiniza nece qeydiyyat ola bilerem?

  7. Nigar says:

    Slm,Turkiyede bakalavr seviyyesinde tibb tehsili ucun vereceyim SAT imtahanindan 200-den cox bal toplasam,amma akademik gostericilerim zeif olsa dovlet programina duse bilerem?ozum Atu-da 2-ci kursda oxuyuram,0-dan baslamaq isteyirem Turkiyede…

  8. Nigar says:

    yeni ,SAT-dan 2000-den cox bal toplasam?

  9. RÜFƏT says:

    salam.men halhazirda tibb universitetinin birinci kurs telebesiyem.ozum 691 bal toplamisam.prezident teqaudcusuyem.ikinci kursdan tehsilimi turkiyede davam etdirmek isteyirem..lakin ingilis dili bilmirem ve imtahansiz turkiyeye qebul ola bilerem mi?odenissiz tehsil almaq mumkundurmu imtahansiz?

    • Admin says:

      Salam Elbetde siz Turkiyenin bir cox universitetlerinde pulsuz tehsil ala bilersiniz. Hetta teqaud de ala bilersiniz

  10. NigaR says:

    xahis eliyirem,menim sualimi da cavablandirasiz…

  11. feride says:

    salam men bilmek isteyirem ki,bu il universitete qebul olmaq kecen ilkine nisbeten asanmi olacaq cetinmi?

  12. feride says:

    birde men gurcustanda oxuyuram birinci kurs telebesiyem tehsilimi azerbaycanda davam elemek isteyirem bunun ucun yene imtahan vermeliyemmi?gurcustandan gedib azerbaycanda oxusam ikinci kursu menim ucun coxmu cetin olar?burada gurcu dilidir deye yaxsi basa duse bilmirem xais edirem etrafli yazin…

  13. leyla says:

    xaricde dovlet hesabina tehsil almaq ucun minimum ne qeder bal yigmaq lazimdir?

 
 

Şərh yaz

 




 
 

NİYƏ?

Yeni komentlər barədə məni mail vasitəsi ilə xəbərdar edin. Siz həmçinin saytın özünə də subscribe abunə ola bilərsiniz.