11-ci sinif şagirdləri, 1-ci və 2-ci kurs tələbələri üçün Virtual Birja Yarışı!

Ozyegin poster“Virtual Birja Yarışı” şagird və tələbələr üçün  iqtisadiyyat və maliyyə mövzularını həm öyrənmək, həm də təcrübə qazanmaq imkanı yaradacaq.

2009-cu ildən bəri hər il daha böyük iştirakçı kütləsinə malik olan “Virtual Birja Yarışı” bu il Özyeğin Universitetinin dəstəyi ilə həyata keçirilir.

İştirakçılar müraciət forumunu doldurduqdan sonra  təşkil olunacaq seminarlar ilə yarışa hazırlanacaqlar. 6 aprel tarixində təşkil olunacaq seminarda Dr. Emrah Şener maliyyə bazarı ilə tanışlıq proseduru haqda məlumat verəcək. “18 Yaşından Əvvəl 100.000 TL Qazanmaq!” başlıqlı seminar ilə iştirakçılar yeni  imkanlar əldə edəcəklər. ATİG Menkul Değer A.Ş. idarəçilərinin təcrübələri ilə bölüşəcəyi “Maliyyə Bazarlarına Giriş və Karyera İmkanları” seminarı və “Virtual Birja proqramının istifadəsi” seminarının ardınca iştirakçılar həm maliyyə bazarı haqqında, həm də yarış boyunca istifadə edəcəkləri tətbiqetməyə aid məlumatlar əldə edəcəklər.

Qeyd edək ki, yarış iştirakçıları  dəyərli hədiyyələr də qazanacaqlar.

 

Ən yüksək portfel dəyərini əldə edən Birinci iştirakçı: Apple iPhone 5

Ən yüksək portfel dəyərini əldə edən İkinci iştirakçı:  Apple iPad Mini

Ən yüksək portfel dəyərini əldə edən Üçüncü iştirakçı: Apple iPad Mini

İştirak üçün müraciət formu

 

Yarış təqvimi 

18 mart–5 aprel 2013 – Hədiyyəli Virtual Birja Yarışına qeydiyyat
6 aprel 2013 – Bakı Türk Anadolu Liseyində “18 Yaşından Əvvəl 100.000 TL Qazanmaq!” başlıqlı seminar
8 aprel–6 may 2013 – Virtual Birja Yarışı

  • seva

    SUPEEERDİKİ